Azərbaycanın Almaniya səfirliyi — Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında rəsmi nümayəndəliyi. Səfirlik Azərbaycanın rəsmi nümayəndəliyi olaraq Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Almaniya Federasiyasında təmsil edir. Azərbaycan Respublikasının Qərbi Avropada ilk səfirliyi Almaniya Federativ Respublikasında açılmışdır.

2022-ci ildən Azərbaycanın Almaniyada Fövqaladə və səlahiyyətli səfiri Nəsimi Ağayevdir.N.M.Ağayevin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Berlindəki səfirlik ilə yanaşı, Ştutqart şəhərlərində Azərbaycanın Fəxri konsulluğu fəaliyyət göstərir.ŞTUTQARTDA AZƏRBAYCANIN FƏXRİ KONSULLUĞU AÇILMIŞDIR

Almaniyanın Azərbaycanda səfiri Dr. Ralf Horlemanndır.

Haqqında Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il qurulub.İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Azərbaycanın Almaniyada səfirliyi 2 sentyabr 1992-ci ildə açılmışdır. Azərbaycan Respublikasının Qərbi Avropada ilk səfirliyi məhz Almaniya Federativ Respublikasında açılıb.

Almaniyanın Azərbaycanda səfirliyi 1992-ci ilin 22 sentyabr tarixində təsis edilib.

Parlamentlərarası əlaqələri Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan — Almaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Almaniya Bundestaqında Azərbaycanla əlaqələr Almaniya-Cənubi Qafqaz Parlament Dostluq Qrupu çərçivəsində həyata keçirilir.

Səfirlər Azərbaycan Respublikasının Almaniyada səfiri Azərbaycanı Almaniyada təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir. Səfir Müddət başlanğıcı Müddətin sonuHüseynağa Sadıqov 29 may 19929 avqust 2005H.M.SADIQOVUN AZƏRBAYCAN RESPUBLİKASININ ALMANİYA FEDERATİV RESPUBLİKASINDA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ VƏZİFƏSİNDƏN GERİ ÇAĞIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMIPərviz Şahbazov 9 avqust 2005P. O. Şahbazovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI6 sentyabr 2006Ramin Həsənov 7 sentyabr 2016R.M.Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı19 avqust 2022R.M.Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıNəsimi Ağayev19 avqust 2022

Viza Azərbaycan və Almaniya arasında viza rejimi mövcuddur.

Almaniya vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalıdırlar.

Almaniya Federasiv Respublikası Şenqen sazişinin iştirakçısı olduğundan, Azərbaycan vətəndaşları üçün Şenqen vizası qaydaları tətbiq edilir. Viza adətən 90 gündən artıq olmayan müddət ərzində etibarlıdır.

Tələb olunan sənədlər

Xarici pasport və birinci səhifəsinin surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinizin surətləri Şəxsiyyət vəsiqəsinin surəti İş yerindən arayış, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış) Elektron hökumət portalından iş yeri ilə bağlı arayış Bank hesabından arayış və çıxarış Müraciyyət edən şəxsin adında olan mülklərin çıxarışları Mülki vəziyyətin sübutu (nikah haqqında şəhadətnamə, 18 yaşdan aşağı uşaqlar varsa, doğum haqqında şəhadətnamələri) 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkil Səyahət üçün edilən aviabilet bronları Otel rezervasiyaları Şengen qaydalarına uyğun səyahət sığortası Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu.

Almaniya səfirliyində viza görüşü zamanı yalnız ingilis dilində təqdim olunan sənədlər qəbul edilir.

İstinadlar

Xarici keçidlər

Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyanin Azərbaycanda səfirliyi İkitərəfli münasibətlər

Kateqoriya:Almaniya–Azərbaycan münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Almaniyanın xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Almaniyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər