İtaliyanın Azərbaycandakı səfirliyi — İtaliya Respublikasının Azərbaycanda diplomatik nümayəndəliyi. Səfirlik İtaliya dövlətinin rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir, İtaliyanın Azərbaycanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.

İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir.

2024-cü ildən İtaliyanın Azərbaycanda Fövqaladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskodur.

Haqqında İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-də qurulub.

Azərbaycanın İtaliyadakı səfirliyi 2003-cü ildən fəaliyyət göstərir.Азербайджано-итальянские отношения

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu təsis edilib.

İtaliya Senatında İtaliya - Azərbaycan Dostluq qrupu fəaliyyət göstərir.

Səfirlər İtaliyanın Azərbaycanda səfiri İtaliya Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonuAlessandro Fallovollita 19972001Marqarita Kosta AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ MARQARİTA KOSTANI QƏBUL ETMİŞDİR 20012005Can Luici MaşiahAZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ CAN LUİCİ MAŞANI DİPLOMATİK FƏALİYYƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR QƏBUL ETMİŞDİR 20052010Mario Baldi İlham Əliyev İtaliyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir 20102013Canpaolo Kutillo 20132017Auqusto Massari 20172024Luka Di Canfrançesko 2024

Viza Azərbaycanla İtaliya arasında viza rejimi mövcuddur.Viza

İtaliya Şenqen sazişinin iştirakçısı olduğundan, Azərbaycan vətəndaşları üçün Şenqen vizası qaydaları tətbiq edilir.

Tələb olunan sənədlər İtaliya Şengen vizasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etmək lazımdır:

Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinin surətləri Şəxsiyyət vəsiqəsinin surəti İş yerindən arayış, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış) Elektron hökumət portalından işlə bağlı arayış Bank hesabından arayış və çıxarış Şəxsin adında olan mülklərin çıxarışlarının və maşının texpasportunun kopyası Mülki vəziyyətin sübutu (nikah haqqında şəhadətnamə, 18 yaşdan aşağı uşaqlar varsa, doğum haqqında şəhadətnamələri) 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkil Aviabiletin bronları Otel rezervasiyaları Şengen qaydalarına uyğun səyahət sığortası İngilis dilində doldurulmuş ərizə Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu. Üzərində “*” işarəsi ilə qeyd edilən sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır.

Viza haqqında qərar Bakıdakı İtaliya səfirliyinin Konsulluq şöbəsində konsul tərəfindən verilir.

İtaliya vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalıdırlar.

İstinadlar

Xarici keçidlər Ambasciata d'Italia Baku Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi Italia e Azerbaigian

Kateqoriya:Azərbaycan–İtaliya münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:İtaliyanın xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:İtaliyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər