Əbu Məhəmməd Əbdürrəhman ibn Məhəmməd ibn İdris ər-Razi (; ) — hədis hafizi, müfəssir və fəqih.

Bioqrafiyası Hicri 240-cı (854) ildə Reydə anadan olub. Nisbələri "Təmimi" və "Hənzəli"dir.

O, atası Əbu Hətimin təşqivi ilə qiraət alimi olan Fəzl ibn Şazandan Quran öyrənib, atasından və Əbu Züra ər-Razidən hədis öyrənib. Hicri 255-ci (869) ildə atası ilə, 260 (874) ildə isə müəllimi Məhəmməd ibn Həmmad ər-Razi ət-Tehrani ilə həcc ziyarətinə yollanıb. Şam, Misir, İsfahan, Kufə, Bəsrə və Hicaz kimi elm mərkəzlərinə səyahətlər edib.

Əşəc əl-Kindi, Həsən ibn Ərəfə, Məhəmməd ibn Əbdülməlik ibn Zəncuyə, Həccac ibn Şair, Müslüm ibn Həccac, Əbu Züra əd-Dəməşqi, İbn Əbu Asim, İbn Vərə və Əli ibn Hüseyin ibn Cüneyd və başqalarının onun müəllimləridir.

İbrahim ibn Məhəmməd ən-Nəsrabadi, Əbüş-Şeyx, Hüseyn ibn Əli ət-Təmimi, Yusif ibn Qasım əl-Miyənəci, Hakim əl-Kəbir, Əbül-Fəzl əl-Həmədani, Əli ibn Məhəmməd əl-Qəssar və İbn Hibban ona tələbəlik etmiş şəxslərdən bəziləridir.

Əqidədə əhli-hədis və əhli-sünnə, fiqdə isə Əhməd ibn Hənbələ tabe olan İbn Əbu Hətim, hicri 327-ci (938) ildə Reydə vəfat edib.

O, "əl-Cərh vət-tədil", "əl-Mərasil", "Ədəbüş-Şafei və mənaqibüh", "Əslüs-sünnə və etiqadüd-din", "Təfsirül-Quranil-əzim" və başqa əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:Hənbəlilər