Antalya Diplomatiya Forumu — Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq diplomatiya konfransı. Foruma panel müzakirələri və dəyirmi masalar, iştirakçılar arasında ikitərəfli görüşlər, tədbirlər, regional və qlobal problemlər daxildir.

Haqqında Forum hər il Antalya şəhərində keçirilir və Beynəlxalq münasibətlər, diplomatiya və qlobal çağırışların müzakirə olunduğu yüksək səviyyəli bir platformadır. Antalya Diplomatiya Forumu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən təsis edilib. Bura dövlət və hökumət başçıları, xarici işlər nazirləri və Beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri, biznes, elm, vətəndaş cəmiyyəti və media nümayəndələri üçün nəzərdə tutulub.

Forum dünyanın hər yerindən olan iştirakçılar üçün diplomatiyanı sülh və əməkdaşlıq üçün hərəkətverici qüvvəyə çevirəcək ortaq strategiyalar üzərində işləmək üçün gələcəyə yönəlmiş platformanı təmin edir.

Məqsədi "Diplomatiyanın yenidən şifrələnməsi" mövzusu altında keçirilən bu forumda 75-ə qədər ölkədən yüksək səviyyəli siyasətçiləri, diplomatları, hərbi və təhlükəsizlik ekspertləri Diplomatiya və enerji siyasətindəki aktual problemləri müzakirə etmək üçün iştirak edirlər. Konfransın məqsədi aktual əsas qlobal problemləri həll etmək və şəbəkə təhlükəsizliyi konsepsiyasına uyğun olaraq indiki və gələcək problemləri müzakirə etmək və təhlil etməkdir. Konfransın əsas məqsədi XXI-ci əsrdə transatlantik münasibətlərin inkişafı, eləcə də Avropa və qlobal təhlükəsizliyin müzakirəsi və fikir mübadiləsidir.

Yüksək səviyyəli görüşlər həm də iştirakçılar arasında məxfi müzakirələr üçün bir məkan rolunu oynayır. Forum Atlantik Şura, Xarici Əlaqələr üzrə Meksika Şurası və Münhen Təhlükəsizlik Konfransı ilə əməkdaşlıq edir.

Konfranslar Aİ Ali nümayəndəsi Borrell, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Corman, Haiti, Kosovo, Keniya və Somali prezidentləri. 2021-ci il Panel iclası]]

2021

Antalya Diplomatiya Forumunun ilk dəfə keçirilməsi 2020-ci ilin martında planlaşdırılmışdı, lakin COVID-19 pandemiyası səbəbindən təxirə salındı.

2021-ci ildə keçirilən Forumda ümumilikdə 11 dövlət və hökumət başçısı, 45 xarici işlər naziri və nazirlər səviyyəsində iştirak olub. Bundan əlavə, tədbirdə 60-a yaxın beynəlxalq təşkilat nümayəndəsi və yüksək səviyyəli şəxsiyyətlər, biznes və akademik dünyadan qonaqlar, 50-dən çox universitetin bakalavr, magistr və doktorantları da daxil olmaqla ümumilikdə 256 gənc iştirak edib.

İki lider sessiyası, 15 panel iclas, 25 tədbir və iki gənclər forumu təşkil edilmişdir.

2022

2022-ci ilin 11-13 mart tarixlərində Antalya Diplomatiya Forumunun növbəti konfransı “Diplomatiyanın yenidən kodlaşdırılması” mövzusunda altında keçmişdi. Ümumilikdə 17 dövlət və hökumət başçısı, 80 xarici işlər naziri və 39 beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdir.

Baş tutan panellər aşağıda təqdim olan kimi adlandırıldı:

Yenidən kodlaşdırma diplomatiyası Demokratik İdarəetmə Liderlik və Diplomatiya Enerji Təhlükəsizliyi Metakainat İrqçilik və ayrı-seçkiliklə mübarizə Avropa üçün strateji muxtariyyət Afrikada inkişaf Latın Amerikası və Karib hövzəsi Asiya-Sakit okean regionunda əməkdaşlıq və rəqabət Əfqanıstan Dezinformasiyaya Qarşı mübarizə Qeyri-qanuni miqrasiya Yaxın Şərqdə Regional əməkdaşlıq Terrorla mübarizə Qadınların gücləndirilməsi Dəniz mübahisələrinin həlli Yaşıl İqtisadiyyat İqlim Dəyişikliyi və Enerji keçidi Avropada təhlükəsizliyin yenidən nəzərdən keçirilməsi

2024

ADF-un üçüncü konfransı ilk olaraq 2023-cü il martın 10-dan 12-dək “Sülh və Nizam üçün Effektiv Diplomatiya” mövzusunda keçirilməsi planlaşdırılırdı. Lakin 2023-cü ildə Türkiyə-Suriya zəlzələsi səbəbiylə ilin sonuna,Antalya Diplomasi Forumu'nun ertelendiği duyuruldu sonra isə 1-3 mart 2024-cü il tarixinə salındı.Üçüncü Antalya Diplomasi Forumu, 1-3 Mart 2024'te düzenlenecek

2024-cü ildə keçiriləcək Forumun mövzusu “Çətinliklər dövründə diplomatiyanın inkişafı” olub.

2025 Antalyada IV Diplomatiya forumu 11-13 aprel 2025-ci il tarixində keçirilmişdir. Forum “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə etmişdir. Dörd mindən çox qonağın qatıldığı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak etmişdir. Tədbirdə 50-dən çox ölkənin xarici işlər nazirləri, 70-dən artıq nazir iştirak etmişdir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılıb.Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib

Forum çərçivəsində müxtəlif formatlarda 50-dən artıq tədbirdə Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr aparıldı.Antalya Diplomatiya Forumu

2026 Antalyada 5-ci Diplomatiya Forumu ADF2026 — 17-19 aprel 2026-cı il tarixlərində keçirilmişdir. Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" idi.Antalya Diplomasi Forumu 2026 Tədbirdə Türkiyənin Xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış etdi. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u Xarici İşlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak etmişdir. Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiya keçirilmişdir.

ADF2026 gələcək çağırışlara hazırlaşarkən qeyri-müəyyənlikləri ən yaxşı şəkildə idarə etmək və aktual problemləri həll etmək yollarını araşdırmaq üçün liderləri, siyasətçiləri, diplomatları, akademikləri, biznes ekspertlərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirmişdir. Forum bir daha dialoqun təşviqi, etimadın bərpası və daha güclü əməkdaşlığa cəlb edilməsi üçün dəyərli platforma təmin etdi, gələcək nəsillər üçün daha dinc, sabit və möhkəm dünyaya gedən yolu tərtib etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qlobal siyasi təşkilatlar Kateqoriya:2021-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:2021-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Konfranslar Kateqoriya:Qlobal siyasi təşkilatlar Kateqoriya:Antalya Kateqoriya:Beynəlxalq münasibətlər