Trevi fəvvarəsi () — Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir.
Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır.
Məzmunu Poli sarayının () nəhəng fasadına söykənməsi onu saray-fəvvarə kompleksi kimi də səciyyələndirir. Əsasən dəniz mövzusunda işlənmiş memarlıq abidəsi dənizdən çıxan qanadlı atların, tritonların qoşulduğu balıqqulağını xatırladan arabanı idarə edən mifik dəniz allahı Neptun və digər alloqrafik fiqurlardan, sağ cinahda Roma əsgərlərinə bulağın (Romaya ilk su arxı məhz bu "Akva Vercine" (lat. Acqua — su, Vergine — qız; "Qız bulağı") bulağından çəkilmişdir) yerini göstərən cavan qız barelyefindən ibarətdir.
Tarixçəsi Trevi fəvvarəsinin tarixi imperator Avqustla əlaqəlidir. Avqustun kürəkəni Aqrippa "Qız bulağı"ndan Panteona su arxı çəkdirmişdir. Orta əsrlərə qədər fəaliyyət göstərən bu arx XII əsrdə papa VIII Urban və XV əsrdə papa V Nikolay tərəfindən təmir etdirilmişdir.
Trevi fəvvarəsi ilə bağlı bir inam mövcuddur ki, kim fəvvarəyə başı üzərindən xırda pul atarsa, Romaya bir daha səfər edəcəkdir.
Bir çox məşhur filmlərdə ("Roma tətilləri" (ing. ; baş rolda: Odri Hepbern), Federiko Fellininin "Şirin həyat" (; baş rolda: Marçello Mastroyanni), "Dəlicəsinə aşiq" (; baş rollarda: Adriano Çelentano və Ornella Muti) Trevi fəvvarəsinə dəfələrlə müraciət edilmişdir.
Şəkil qalereyası
Mənbələr Falk Spirallo Reiseführer Rom, Auflage 2007 Rom, DuMont Reiseverlag, Auflage 2006
Xarici keçidlər Roman Bookshelf — Fontana di Trevi, vedute del XVIII e XIX Secolo L'Acquedotto Vergine in Roma sotterranea La città dell'acqua
right|25 px
Həmçinin bax
Kateqoriya:Roma abidələri Kateqoriya:İtaliya fəvvarələri Kateqoriya:İtaliyadakı heykəllər Kateqoriya:Romada barokko memarlığı Kateqoriya:İtaliyadakı mərmər heykəllər