Yeat (; ) — ABŞ repçisi, müğənni, mahnı müəllifi və prodüser. Reyc () adlanan cərəyanın öndə gedən simalarından biri sayılır. Dizayner geyimlərini balaklava ilə kombinə edib özünəməxsus bir estetika yaradıb. Digər reperlərin işlətmədiyi ifadələri mahnılarına yerləşdirir.
Yit 2021-ci ilin ortalarında "4L" miksteypi və "Up 2 Me" adlı ilk studiya albomu ilə sektorun diqqətini özünə çəkir. Albomdan "Money So Big" və "Get Busy" mahnıları "TikTok"da geniş vüsət alır. 2022-ci il onun üçün məhsuldar olub, "2 Alive" və "Lyfe" minialbomu eyni ildə üzə çıxır, üstəlik hər ikisi "Billboard 200"ün ilk onluğuna yerləşir. 2023-cü ildə "Afterlyfe" ilə qarşıya çıxan Yit bu dəfə dördüncü pillədən başlayır və ilk dəfə beşliyin içinə düşür. Dreykin "IDGAF" mahnısında da imzası olan Yit həmin trek vasitəsilə "Billboard Hot 100"də ikinciliyə, "Global 200"də isə zirvəyə qədər yüksəlir. 2024-cü il isə onu bir addım da irəli aparır, fevralda "2093", oktyabrda "Lyfestyle" çıxır. "2093" "Billboard 200"də ikinci yeri tutsa da, "Lyfestyle" siyahının tacını geyinir və Yitin indiyə qədər birinci yerdən açılan ilk layihəsi olur.
Erkən həyatı Yitin əsl adı Noa Olivye Smit olub, 2000-ci il fevralın 26-da Kaliforniyanın İrvayn şəhərində doğulmuşdur. Anası Laura (qızlıq soyadı Olivye) Smit rumın əsilli, atası Coşua Smit isə həm Meksika, həm də Britaniya kökləri olan amerikalıdır. Atadan nənəsi Meksikanın Tixuana şəhərindən, atadan babası isə ingilis-amerikalı idi. Yitin Luka və İtan adlı iki kiçik qardaşı var. Atası da musiqiçidir, "Beast Clouds" adı ilə fəaliyyət göstərir. Yit erkən uşaqlığını Fullerton şəhərində keçirib, sonra ailə Portlend şəhərinə köçüb. Orada Leyk-Osviqo qəsəbəsindəki Leykeric liseyini oxuyub. Lisey bitirdikdən sonra qısa müddət Nyu-Yorkda yaşayıb, ardından musiqi karyerası qurmaq üçün Los-Anceles bölgəsinə qayıdıb.
Diskoqrafiya
Studiya albomları Up 2 Me (2021) 2 Alive (2022) Afterlyfe (2023) 2093 (2024) Lyfestyle (2024) A Dangerous Lyfe (açıqlanmayıb)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ repçiləri Kateqoriya:XXI əsr ABŞ repçiləri