Əbül-Məhəsin Fəxrəddin Həsən ibn Mənsur ibn Mahmud əl-Özkəndi əl-Fərqani (; ) — hənəfi fəqihi, "Fətəva" adlı əsərin müəllifi. O, Hənəfi məzhəbindəki fiqh alimlərinin üçüncü təbəqəsindəndir.

Bioqrafiyası Özkənddə anadan olmuşdur. Üləma ailəsinə mənsubdur. Ləqəbi "Qazıxan"dır.

Fəxrəddin Qazıxan Zahirəddin Həsən ibn Əli əl-Mərğinani, Əbu İshaq əs-Səffar, Əbu İshaq Nizaməddin İbrahim ibn Əli əl-Mərğinani və başqalarına tələbəlik etmişdir.

Əl-Kərdəri, Mahmud əl-Həsiri, Məhəmməd əl-Fərqani və başqaları ona tələbəlik etmişdir.

Fəxrəddin Qazıxan hicri 592-ci (1196) ildə vəfat etmişdir.

Digər əsərləri isə "Şərhul-Cəmiis-səğir", "Şərhüz-Ziyadat", "əl-Əmali", "Şərhu Ədəbil-qadi lil-Xəssaf", "əl-Vəqiət", "əl-Məhadir" və "Şərhul-Cəmiil-kəbir"dir.

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Hənəfilər