Şahzadə Vilyam (; ) — Böyük Britaniya kralı V Corcun nəvəsi, Britaniya monarx ailəsinin üzvü.

18 dekabr 1941-ci ildə ailəsinin Hartfordşirdəki villasında dünyaya gəldi. Atası Şahzadə Henri Britaniya kralı V Corcun oğlu, anası isə onun xanımı Leydi Alis Montakyudur. 22 fevral 1942-ci ildə Vindzor sarayında vəftiz edildi. Uşaqlığının ilk illəri atasının vəzifə yeri olan Avstraliyada keçdi. İngiltərəyə qayıtmasının ardından Eton kollecində təhsilini davam etdirdi. Ali təhsilini isə Kembric və Stenfordda aldı.

Professional pilot olan Vilyam şəxsi helikopteriylə bir neçə yarışa qatılırdı. 28 avqust 1972-ci ildə baş tutan yarışlardan birində qəzaya uğradı və idarə etdiyi helikopter 30 min izləyicinin gözləri önündə qəzaya düşərək alovlandı. Cənazəsi Berkşirdəki Froqmor məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Cadbury, Deborah (2015). Princes at War. England. ISBN 978-1610394031 St. Aubyn, Giles; Fleming, Launcelot (24 January 1977). William of Gloucester: Pioneer Prince. London: Frederick Muller. ISBN 978-0584102437 Röhl, John C.G.; Warren, Martin; Hunt, David (1998). Purple Secret: Genes, 'Madness', and the Royal Houses of Europe. London: Transworld Publishers Ltd. ISBN 978-0552145503 Wilson, A. N. (2015). Victoria: A Life. Penguin Publishing Group. ISBN 9780143127871 Warren, Martin J.; Smith, Alison G. (2009). Tetrapyrroles: Birth, Life and Death. Landes Bioscience. p. 21. ISBN 978-0-387-78517-2 Duchess of Gloucester, Princess Alice (1983). The Memoirs of Princess Alice, Duchess of Gloucester (Hardcover ed.). London: Harper Collins. ISBN 9780002166461

İstinadlar

Kateqoriya:Britaniya diplomatları Kateqoriya:Taxta çıxanmayan varislər Kateqoriya:Birləşmiş Krallıq şahzadələri