Əli Xameneinin öldürülməsi — 28 fevral 2026-cı ildə İranın ali lideri Əli Xamenei, ABŞ-İsrailin İrana birgə hava zərbələri zamanı Tehran ətrafında yüksəkvəzifəli İran rəsmilərini hədəf almaq məqsədilə həyata keçirilən hərbi əməliyyat nəticəsində raket zərbəsi ilə vurulub öldürülməsi. Xameneinin həlak olması növbəti gün — 2026-cı il 1 mart tarixində İran hökuməti tərəfindən təsdiqləndi. Birgə əməliyyat zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin strateji yer kəşfiyyatından istifadə edilərək bir neçə liderin yerini müəyyən edib, peyk görüntüləri Xameneinin şəhərdəki iqamətgahına zərbə nəticəsində ciddi ziyan dəydiyini göstərir.

Bu əməliyyat zamanı Xameneinin məhv edildiyi barədə İsrailin ilkin xəbərinin ardınca, mediada məlumatlaırn təsdiqlənmədiyi, İran rəsmilərinin isə onun sağ olduğu bildirilib, sonra isə ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Xameneinin həlak olduğunu bildirdilər. İran hökuməti növbəti gün onun ölümünü təsdiqləyərək, 7 gün tətil və 40 gün matəm elan edib. Eyni zamanda, Fars Xəbər Agentliyi onun qızı, kürəkəni, nəvəsi və gəlininin də hücumlarda həlak olduğunu açıqladı.

Xameneinin ölümü təsdiqləndikdən sonra bir çox İran vətəndaşı küçələrdə qeyd etməyə çıxdı. Onun ölümünə yas tutan bir çox ölkədə etirazlar və iğtişaşlar baş verdi . Adı açıqlanmayan ABŞ rəsmilərinin sözlərinə görə, 15 iyun 2025-ci ildə Tramp On İki Günlük Müharibənin bir hissəsi olaraq İsrailin sui-qəsd planına veto qoymuşdu.

Tarixcəsi

Əvvəlki cəhdlər Xameneiyə qarşı 1981-ci ildə İran Xalq Mücahidləri Təşkilatı (MEK) adlı siyasi partiya tərəfindən sui-qəsd təşkil edilmişdi.

Hazırlıqlar 2025-ci ilin iyun ayındakı On İki Günlük Müharibədən sonra Xamenei daha çox mühafizə olunub, onun iqamətgah bunkerinin dərinliyi liftin insanı nətl etməsi üçün 5 dəqiqədən artıq vaxt sərf edilməsinə gətirib çıxarıb. Bu isə hücum imkanlarını ciddi surətdə məhdudlaşdırıb. Hücumdan bir neçə ay əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi Xameneinin yerlərini və hərəkətlərini izləyərək, onun iştirakı ilə yüksəkvəzifəlilərin iclasının keçiriləcəyini müəyyən edib. Reuters agentliyinin məlumatına görə, ABŞ və İsrail Xameneinin ən azı beş ali rütəlilərlə birlikdə olduqları vaxt hücum etmə qərarına gəliblər. Bu əməliyyatın uğurunu təmin etmək üçün Tehranın ən azı iki başqa strateji obyektinə zərbələr endirilib. İsrail rəsmiləri bildiriblər ki, hücumdan əvvəl Xamenei rəsmi iqamətgahlarının birində peykə açıq şəkildə görünüb.

Hava hücumları 28.02.2026-cı ildə İranda nüvə və raket proqramlarının qarşısını almaq, eləcə də rejim dəyişikliyinə başlamaq məqsədilə hərbi əməliyyata başlayan ABŞ və İsrail İranı raket atəşinə tutub. Zərbə yerli vaxtla saat 8:10-da başlayıb və mediada "yüksək vəzifəli liderləri qapısında vuran", habelə "kütləvi və cəsarətli gündüz hücumu" kimi təsvir edilib. Xamenei iqamətgahına hücum, gündüz vaxtı icra edilməsi ilə təkrarolunmaz zərbə kimi yadda qalıb. Bu zaman İsrail təyyarələri əraziyə 30-dan çox bomba atıb. Hücumlar strateji obyektləri və İranın mühüm rəsmilərini, o cümlədən Tehranda Xameneinin iqamətgahını hədəf almaqla; peyk görüntüləri binanın ciddi zədə aldığını nümayiş etdirib.

İlkin məlumatlar

Ziddiyyətli xəbərlər Birinci zərbə mərhələsinn in ardınca, Axios və Iran International kimi media orqanları İsrail hökumət mənbələrinə istinadən Xameneinin öldüyünü xəbər verib. Adı açıqlanmayan İsrail rəsmisi Xameneinin cəsədinin zərbələrdən sonra tapıldığını və fotoşəkilinin İsrailin baş naziri Benyamin Netanyahuya göstərildiyini bildirib. Bu xəbərlər əvvəlcə İran mənbələri tərəfindən mübahisələndirilərək, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqaey Xameneinin "sağ-salamat" olduğunu, Reuters isə Xameneinin Tehranın xaricindəki "təhlükəsiz yerə" köçürüldüyünü bildirib. Lakin, Netanyahu Xameneinin məhvinə işarə edən "artan əlamətlər"ə diqqət çəkib, Donald Tramp isə İran liderinin öldürülməsi ilə bağlı məlumatı təsdiqləyərək, bunun "İran xalqı üçün ədalət" adlandırıb. Donald Tramp və Benyamin Netanyahunun açıqlamalarından sonra İranın Tasnim və Mehr agentlikləri Xameneinin sağ qalaraq "meydana rəhbərlik etməkdə inadkar və qətiyyətli" olduğunu bildirdilər.

Təsdiq 2026-cı ilin 1 martında günün başlanğıcında İran Ali Milli Təhlükəsizlik Şurası, və İran İslam Respublikasının Teleradio Yayımı da daxil olmaqla, İranın dövlət mediası Xameneinin öldürüldüyünü, 40 günlük matəm və yeddi günlük milli tətil elan edib. İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı olan Fars Xəbər Agentliyi, Xameneinin qızı, kürəkəni, nəvəsi və gəlininin də hava hücümü nəticəsində həlak olduqlarını bildirib.

Nəticə

Varislik Ali Rəhbər vəzifəsi Mütəxəssislər Məclisi tərəfindən təyin olunduqdan və Ali Rəhbərin müavini vəzifəsinin 1989-cu ildə ləğv edildiyindən Xameneinin rəsmən varisi olmayıb. Yeni Ali Rəhbər seçilənədək idarəetmə müvəqqəti olaraq Rəhbərlik Şurasına MÜtəxəssislər Məclisinin üzvü Əlirza Ərəfinin sədrliyi ilə, prezident Məsud Pezeşkian və baş hakim Qulamhüseyn Möhseni-Ejeinin daxil edildiyi Şuraya həvalə olunub. Tezliklə daimi Ali Rəhbərin seçilməsi üçün İİKK iclası çağırılıb.

Reaksiyalar

İran İran prezidenti Məsud Pezeşkian Ali Rəhbərin vurulmasını "böyük cinayət" adlandırıb və cavabsız qalmayacağını söyləyib. Onun ölümünə iran camaatının reaksiyası isə fərqli olub: bəzii şəhərlərdən insanlar sevinc, digər şəhərlərdə isə kədər hissələrini bölüşüblər. Misal üçün, Xameneinin ölüm xəbərindən dərhal sonra İsfahan, Kərəc, Kirmanşah, Qəzvin, Sənəndəc, Şiraz və İzə şəhərlərində insanların bu münasibətlə rəqs etmələri, sevincdolu videoları internetə yayılıb, Dehluran şəhərində Xameneinin heykəlinin aşırdılmasını camaat alqışlayıb.

Xamenei tərəfdarları Məşhəddəki İmam Rza ziyarətgahının yanında onun ölümünə yas tutublar. Videolarda adamların ağladığı, ağu dediyi, digərlərinin isə kədərdən yerə yıxıldığı, Yasuc və İsfahanda minlərlə insanın onun ölümünə yas tutduğu, Şiraz və Lorestan əyalətinin bəzi məntəqələrində də oxşar səhnələrin qeydə alındığı görünür, fotolarda isə Tehranın İnqilab meydanında əllərində portretləri tutaraq onun ölümünə yas tutan iranlılar göstərilib

MEK-in Azərbaycan əsilli həmsədri Məryəm Rəcəvi (qızlıq adı: Məryəm Qajar-Azadanlu) öz İnternet saytında Xameneinin ölümünü "dini zülmün sonu" və " Vilayət-e Fəqih rejiminin süqutu" kimi qiymətləndirən, mollaları və monarxistləri kənarlaşdıran keçid hökumətinə çağıran və MEK-in İrana xarici müdaxilə axtarmadığını bildirən bir bəyanat yayıb.

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin böyük oğlu və İslam Respublikası rejiminə qarşı tanınmış müxalif, sürgündəki vəliəhd Rza Pəhləvi, Xameneinin ölümündən qısa müddət sonra "İslam Respublikasının sonu" gəldiyini bildirib. Pəhləvi daha sonra Xameneinin ölümünün "son" olmadığını söylədi və iranlıları "küçələrdə geniş və qətiyyətli çıxışlara" səsləyərək İslam Respublikasını devirməyə çağırıb.

Beynəlxalq reaksiyalar Argentina: Prezident Javier Milei İsrail və ABŞ–ın Xameneinin "məhvi" ilə nəticələnən hərbi əməliyyatı yüksək qiymətləndirib, əlavə edib ki, Xamenei "bəşəriyyətin indiyə qədər gördüyü ən amansız, zorakılığa meyilli və qəddar insanlardan biri idi" Sonra Milei Xamneini 1994-cü ildə Buenos Aires şəhərində bomba partladan terroristlərə İran tərəfindən sponsorluq edilməsində günahlandıraraq, əlavə etdi ki, Argentina bundan sonra da, həmin hadisələrdə təqsiri olanları təqib edəcək, onlara azadlıqları və ya canları ilə bədəl ödətdirəcəkdir. Avstraliya: Baş nazir Antoni Albaniz bəyan etdib ki, Xamneiyə "yaz tutulmamalıdır", çünki o İran raket proqramlarına, proksilərə və dinc əhalityə divan tutulmasına görə qınanmalıdır. Azərbaycan: Prezident Ilham Aliyev öz həmkarı Məsud Pezeşkiana məktub yazaraq, İran xalqına səbir diləyib. Çin: Çin rəsmiləri, Xameneinin öldürülməsinə "qətiyyətlə qarşı çıxdığını və pislədiyini" ifadə edərək, bununla "İranın suverenliyinin və təhlükəsizliyinin ciddi şəkildə pozulduğunu, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin və beynəlxalq münasibətlərin əsas normalarının tapdanıldığını" bildirib. Avropa İttifaqı: Xarici işlər naziri Kaya Kallas Xameneinin ölümünün "İran tarixində müəyyən bir an" olduğunu söylədi və əlavə etdi: "bundan sonra nə olacağı bilinmir. Ancaq indi başqa bir İrana gedən yol, xalqının formalaşdırmaq üçün daha çox azadlığa sahib ola biləcəyi yol açıqdır." Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib ki, " Xameneinin getməsi ilə İran xalqının yeni ümidi yaranıb. Biz təmin etməliyik ki, gələcək onlara məxsus olsun və onlar bunu müəyyən edə bilsinlər". İraq: hökumət rəsmisi Bəssəm əl-Əvadi bu qətllə bağlı üç günlük matəm elan edib. İraq müxalifətinin lideri və şiə din xadimi Müqtəda əs-Sədr Xameneinin ölümündən sonra bazar günü "kədərini" dilə gətirib. Ayətullah Əli Sistani İran xalqına və dünya müsəlmanlara başsağlığı verərək, iranlıları birliyi qorumağa və "təcavüzkarların məkrli məqsədlərinə mane olmağa" çağırıb. İsrail: Baş nazir Benyamin Netanyahu Xamneinin aradan qaldırılması ilə bağlı məlumat verən ilk şəxs olaraq qeyd edib: "47 il ərzində Ayətullah rejimi "İsrailə ölüm" və "Amerikaya ölüm" şüarları səsləndirib. Qanımızı tökdürüb, bir çox amerikalını öldürdüb və öz xalqına qənim kəsilib". Müdafiə naziri İsrail Katz bu hadisəni bayram edərək "İsraili məhv etmək üçün hərəkət edən məhv edildi… Ədalət qalib gəldi və Şər oxuna ölümcül zərbə vuruldu" deyib. Malayziya: Baş nazir Ənvər İbrahim öz Facebook hesabında Xamneinin qətlini pisləyərək, İranı bundan sonra da vəziyyəti gərginləşdirmnəkdən çəkinməyə çağırıb. Şimali Koreya: Şimali Koreya bu zərbəni "qanunsuz təcavüz aktı" olaraq qınayaraq, "eqoist və hegemonik ambisiyalarını həyata keçirmək üçün hərbi gücdən sui-istifadə etməyə" üstünlük verən ABŞ və İsrailin "həyasız və quldur davranışı" adlandırdı". Pakistan: Baş nazir Şahbaz Şərif "Həzrət Ayətullah Seyid Əli Xameneinin şəhid olması" ilə əlaqədar başsağlığı verərək, İran xalqını "kədərinə" şərik çıxdığını bildirib. Rusiya Federasiyası: Prezident Vladimir Putin bu sui-qəsdi "kinayəli qətl" adlandıraraq, Pezeşkiana başsağlığı verib, "Xameneinin öldürülməsi insan əxlaqının və beynəlxalq hüququn bütün normalarının pozulmasıdır" deyib. Türkiyə: Prezident Recep Tayyip Erdoğan Xameneinin ölümündən kədərləndiyini və Türkiyənin "sülh və sabitliyi bərpa etmək" üçün diplomatik səylərini davam etdirəcəyini bildirib.. Ukrayna: Ukrananın X sosial şəbəkə hesabında Xamneinin aradan qaldırılması alğışlanaraq, yazılıb ki, "dikdatorun ölümündən yaxşı heç nə ola bilməz". Birləşmiş Krallıq: Müdafiə katibi John Healey Sky News agentliyinə müsahibə verərək, Xamneini "Qərbdə terror hücumlarına sponsorluq edən qəddar rejimin lideri" kimi təsvir edib, ona "az adam yas tutacaq" deyib. Müxalifət nümayəndələri isə iki qrupa bölünüb: bəziləri Xanmeninin vurulmasını alqışlasa da, digərləri bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər. ABŞ: President Donald Trump, Xameneinin vurulduğunu şərh edərək onu "tarixin ən qəddar adamlarından biri" adlandıraraq, ABŞ-ın İranı bombalamağa davam edəcəyini bildirib. Senator John Fetterman da daxil olmaqla bəzi Demokratik Konqres üzvləri bu açıqlamaya müsbət cavab verib, Tom Emmer kimi bəzi dövlət nümayəndələri də bunu dəstəkləyib.

Xameneinin vurulması bir sıra dünya miqyaslı etirazlara səbəb olub. Bağdadda nümayişçilər Yaşıl Zona yaxınlığında təhlükəsizlik qüvvələri ilə toqquşub, etirazçılar ABŞ səfirliyinə basqın etməyə, ora aparan yolları bağlamağa çalışdılar. Etirazçıların Xameneiyə yas tutma bayraqlarını yelləyib, müvafiq şüarlar səsləndiriblər.

Sui-qəsdə cavab olaraq Karaçidəki ABŞ konsulluğunun yaxınlığında iğtişaşlar baş verib, nümayişçilər binanın pəncərələrini yandırdıb, içəri girməyə çalışıblar. Etirazlar şiddətləndikcə Dəniz Təhlükəsizlik Qvardiyası atəş açaraq ən azı 22 etirazçını öldürüb, 120-dən çoxunu yaralayıb. Nümayişçilər həmçinin Gilgit-Baltistanın Skardu şəhərindəki Birləşmiş Millətlər Təşkilatı ilə əlaqəli regional ofis binaısna daxil olub, bəzi ofisləri dağıdıblar.

Analitiklər