Cessi Adam Eyzenberq ( ; ) — amerikalı film, televiziya və səs aktyoru, yazıçı, rejissor və ssenarist. BAFTA mükafatı laureatı, (2025), iki dəfə Oskar mükafatına (2011, 2025) və üç dəfə Qızıl Qlobus mükafatı nominantı (2011, 2025).

Bioqrafiya Cessi Nyu-Yorkun Kvins şəhərində, Ukrayna və Polşadan olan yəhudi ailəsində anadan olub. Anası, Emi Fişman, kloun işləmiş, atası Barri Eyzenberq isə xəstəxana administratoru və sonradan kollec professoru olub. Eyzenberqin iki bacısı var: böyük bacısı Kerri Li və kiçik bacısı, keçmiş uşaq aktrisası Halle Keyt . Cessi Kvins və Nyu-Cersidə böyüyüb, Şərqi Brunsvik Dövlət Məktəblərində oxuyub, daha sonra ikinci kurs tələbəsi olaraq Şərqi Brunsvik Liseyinə keçib. Eyzenberq əvvəlcə Nyu-York Universitetində oxumaq istəmiş, lakin filmdəki rolunu tamamlamaq üçün fikrini dəyişmişdir. Daha sonra "Yeni Məktəb" də oxuyub.

2005-ci ildə o, Ues Kreyvenin " Canavarlar " qorxu filmində və " Kalmar və Balina " müstəqil dramında rol alıb. Növbəti iki il ərzində Cessi əsasən teatrda çalışıb və 2007-ci ildə jurnalist rolunu oynadığı " Ov " trillerində Riçard Gir ilə birlikdə rol alıb.

2009-cu ildə o, Kristen Stüartla birlikdə Sandens Film Festivalında premyerası olan yeniyetmələr üçün "Adventureland" komediyasında rol alıb. Elə həmin il komediya qorxu filmi "Zombieland" buraxılıb və Cessiyə böyük populyarlıq gətirib. 2010-cu ildə o, bacısı Halle ilə birlikdə Hasid yəhudisini canlandırdığı "Müqəddəs Rollers" dramında rol alıb. Elə həmin il aktyorun Facebook-un qurucusu Mark Zukerberq rolunu canlandırdığı "Sosial Şəbəkə" filmi də nümayiş olunub. Bu filmdəki roluna görə Cessi "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd olub.

Dramaturq kimi Eyzenberq "Asunsion" və "Revizionist" pyeslərini yazıb. 2011-ci ilin oktyabr ayında aktyorun baş rollardan birini Castin Barta və Kamil Mena ilə birlikdə canlandırdığı "Asunsion" əsasında hazırlanmış tamaşa səhnələşdirilib . 2013-cü ildə Eyzenberqin "Revizionist" pyesi əsasında hazırlanmış tamaşa səhnələşdirilib və o, bu tamaşada Vanessa Redqreyvlə birlikdə rol alıb . Pyeslərdən əlavə, Cessi satirik hekayələr yazır və bu hekayələr "The New Yorker" jurnalının saytında və "McSweeneys.net" saytında dərc olunub.

2011-ci ildə Jesse " Saturday Night Live " komediya televiziya şousunun 36-cı mövsümünün 13-cü bölümündə aparıcı və qonaq ulduz kimi çıxış edib. 2012-ci ildə o, "B-flat Coconut" dramında və Vudi Allenin " To To Rome with Love " komediyasında rol alıb. 2013-cü ildə Jesse illüzionistlər haqqında cinayət trilleri olan "Yalan illuziyası" filmində baş rollardan birini alıb.

2016-cı ildə Cessi DC Universe-in yeni filmi olan "Betmen Supermenə qarşı: Ədalət şəfəqində" də supercani Lex Luthor rolunu canlandırmışdır. Elə həmin il o, Yalan illüziyası: İkinci akt filmində illüzionist Daniel Atlas rolunu təkrar canlandırdı.

İstinadlar

Kateqoriya:Yeni məktəbin məzunları (Nyu-York) Kateqoriya:ABŞ dramaturqları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Kuinsdə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:1983-cü ildə doğulanlar Kateqoriya:5 oktyabrda doğulanlar Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Dramlar Kateqoriya:Polşa kişi film aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları