"Toy" — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi Sabit Rəhmanın 1938-ci ildə qələmə aldığı satirik komediya. Bu əsərlə Azərbaycanda müasir mövzulu yeni komediyanın təməli qoyulub.
Sabit Rəhmanın Adil İsgəndərovla birlikdə yazdığı "Partizan Məmməd" adlı kiçik həcmli pyesini nəzərə almasaq, "Toy" müəllifin ilk səhnə əsəridir. Komediyanın ilk tamaşası 28 aprel 1939-cu ildə M. Əzizbəyov ad. Azərbaycan Dövlət Dram Teatrında Məhərrəm Haşımovun quruluşunda oynanılıb.
Mövzu Komediya "Şəfəq" kolxozunda baş verən mənfi hallara: şəxsiyyətə pərəstişə, özündən müştəbehliyə, rüşvətxorluğa, əliəyriliyə qarşı mübarizəyə həsr olunub. Kolxoz sədri olan Kərəmov və onun əlaltıları Salmanov və Mirzə Hüseyn kimi tiplərin cəmiyyətə qarşı törətdikləri nöqsanlar kolxozçular tərəfindən ifşa edilir. Ziynət, Şeyda müəllim, Dəmirçi Musa və Zalxa kimi mütərəqqi insanlar bu mübarizədə qalib gələrək "kərəmovçuluğa" toy tuturlar.
Komediya ölkəmizin demək olar ki, bütün teatrlarında dəfələrlə tamaşaya qoyulub.
Obrazlar Kərəmov — "Şəfəq" kolxozunun sədri Salmanov — kolxozun katibi Mirzə Hüseyn — hesabdar Ziynət — briqadir Surxay — briqadir Zalxa — kolxozçu Mehralı — kolxozçu Şirəli — kolxozçu İbrahim kişi — kolxozçu Təmraz — kolxozçu Məmmədəli — kolxozçu Musa — dəmirçi, təktəsərrüfatçı Şeyda — müəllim Kamilə — makinaçı, Kərəmovun qardaşı qızı
Kolxozçular, qonaqlar və başqaları
Səhnə quruluşları Tamaşaya qoyulma tarixi Teatr Quruluşçu rejissor Rəssam Bəstəkar Rollar və ifaçılar Qeyd 28 aprel 1939 M. Əzizbəyov ad. Azərbaycan Dövlət Dram Teatrı Məhərrəm Haşımov Rüstəm Mustafayev, Əsgər Abbasov Səid Rüstəmov Kərəmov (Mirzağa Əliyev), Ziynət (Sona Hacıyeva), Mirzə Hüseyn (Məmməd Sadıqov), Salmanov (Abbas Rzayev), Surxay (İsmayıl Osmanlı, S. Tağızadə), Musa (Sidqi Ruhulla)İlk dəfə tamaşaya qoyuldu 22 noyabr 1939 C. Məmmədquluzadə ad. Naxçıvan Dövlət Milli Dram Teatrı Səməd Mövləvi Şamil Qazıyev Tapdıq Hüseynov Kərəmov (İbrahim Bənəniyarlı), Dəmirçi Musa (Sadıq Həsənzadə), Şeyda (Tələt Nəcəfov, İbrahim Həmzəyev), Kamilə (Xədicə Qazıyeva), Ziynət (Rüxsarə Ağayeva), Surxay (Əyyub Haqverdiyev), Zalxa (Firuzə Əlixanova), Salmanov (Yusif Haqverdiyev, Yaqub Əliyev), Mirzə Hüseyn (Əliheydər Həsənzadə), Mehralı (Kazım Şeyxov) — 26 fevral 1940 S. Rəhman ad. Şəki Dövlət Dram Teatrı Haçıbaba Səlimov Ələkbər Bağırov — Kərəmov (Məmmədkəbir Hacıoğlu), Mirzə Hüseyn (Məmməd Xalıqov), Dəmirçi Musa (İbrahim Azəri), Ziynət (Tamara Kərimova), Surxay (Yusif Vəliyev), Zalxa (Bilqeyis Ələsgərova) — 7 sentyabr 1940 İrəvan Dövlət Azərbaycan Dram Teatrı Baxşı Qələndərli — — — — 29 may 1941 C. Cabbarlı ad. Gəncə Dövlət Dram Teatrı İsmayıl Talıblı Zahid Əsgərov — Kərəmov (İsmayıl Talıblı, Məmmədrza Şeyxzamanov), Dəmirçi Musa (Sadıq Həsənzadə, Əhməd Salahlı, Əşrəf Yusifzadə), Salmanov (Əlihüseyn Qafarlı), Mirzə Hüseyn (Məmməd Bürcəliyev), Ziynət (İzabella Tağızadə, Solmaz Orlinskaya), Surxay (Kərim Sultanov, Səməd Tağızadə), Kamilə (Rəmziyyə Veysəlova, Almaz Ələsgərova), Şeyda (Məcid Abdullayev, Məmmədsadıq Nuriyev), Mehralı (Hacıməmməd Qafqazlı), Zalxa (İsmət Əliyeva, Məxfurə Yermakova) — 18 fevral 1944 C. Cabbarlı ad. Gəncə Dövlət Dram Teatrı Mehdi Məmmədov Süleyman Hacıyev — Kərəmov (İsmayıl Talıblı, Əşrəf Yusifzadə), Dəmirçi Musa (Sadıq Həsənzadə), Salmanov (Məmməd Bürcəliyev), Mirzə Hüseyn (Məmməd Cəfərov), Ziynət (Rəmziyyə Veysəlova), Surxay (Firudin Məmmədov), Kamilə (Barat Şəkinskaya), Şeyda (Əmir Dadaşlı), Mehralı (Paşa İsmayılov), Zalxa (Məxfurə Yermakova) — 27 dekabr 1945 C. Məmmədquluzadə ad. Naxçıvan Dövlət Milli Dram Teatrı İbrahim Həmzəyev Əyyub Hüseynov Tapdıq Hüseynov Kərəmov (Mirhəsən Mirişli), Salmanov (Məmməd Quliyev), Mirzə Hüseyn (Yusif Haqverdiyev), Dəmirçi Musa (Kazım Hüseynov), Şeyda (Əkbər Qardaşbəyov), Kamilə (Pakizə Məmmədova), Ziynət (Zəroş Həmzəyeva), Surxay (Əyyub Abbasov, Əyyub Məmmədov), Zalxa (Firuzə Əlixanova) — 11 yanvar 1954 C. Məmmədquluzadə ad. Naxçıvan Dövlət Milli Dram Teatrı Səməd Mövləvi Şamil Mustafayev Manuk Manvelov Kərəmov (Mirhəsən Mirişli), Salmanov (Məmməd Quliyev), Mirzə Hüseyn (Yusif Haqverdiyev), Dəmirçi Musa (Kazım Hüseynov), Şeyda (Əyyub Haqverdiyev), Kamilə (Pakizə Məmmədova), Ziynət (Roza Cəfərxanova), Surxay (Əyyub Məmmədov), Zalxa (Zəroş Həmzəyeva), Mehralı (Əyyub Abbasov) — 16 aprel 1955 C. Cabbarlı ad. Gəncə Dövlət Dram Teatrı Hüseyn Sultanov Həsənağa Mustafayev — Kərəmov (İsmayıl Talıblı), Dəmirçi Musa (Əşrəf Yusifzadə), Salmanov (Rza Nadirov), Mirzə Hüseyn (Məmməd Bürcəliyev), Ziynət (Ətayə Əliyeva), Surxay (Ələddin Abbasov), Kamilə (Mənsurə Cəfərova), Şeyda (Əli Həsənov), Mehralı (C. Bağırov), Zalxa (Reyhan Tağıyeva) — 14 aprel 1963 M. Əzizbəyov ad. Azərbaycan Dövlət Dram Teatrı Əşrəf Quliyev Nüsrət Fətullayev Nurəddin Fətullayev Kərəmov (Əlağa Ağayev), Salmanov (Abbas Rzayev, Yusif İsgəndərov), Mirzə Hüseyn (Məmməd Sadıqov, Rafiq Əzimov), Ziynət (Leyla Bədirbəyli), Surxay (Lütfi Məmmədbəyov), Kamilə (Səfurə İbrahimova, Xuraman Hacıyeva), Şeyda (Həsən Məmmədov, Həsən Əbluc), Dəmirçi Musa (Ağadadaş Qurbanov), Mehralı (Hacıməmməd Qafqazlı), Zalxa (Əzizə Məmmədova, Hökümə Qasımova), Şirəli (Mustafa Süleymanov), İbrahim kişi (Hüseyn Rafi), Təmraz (Nəcəf Həsənzadə), Məmmədəli (Məmmədəli Əliyev) — 7 avqust 1970 H. Ərəblinski ad. Sumqayıt Dövlət Dram Teatrı Ağakişi Kazımov Süleyman Hacıyev — — — 20 dekabr 1974 İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hilal Həsənov Məmməd Qasımov Kamil Misgərov Kərəmov (Şamil Dəmirçiyev), Salmanov (Abbasqulu Tağıyev), Dəmirçi Musa (Vidadi Əliyev), Ziynət (Marieta Kərimov), Surxay (Məmməd Byramov) — 10 dekabr 1976 N. B. Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrı Baba Rzayev — — Kərəmov (Nazir Əliyev), Dəmirçi Musa (Elşad Zeynalov) — 27 mart 1977 C. Məmmədquluzadə ad. Naxçıvan Dövlət Milli Dram Teatrı Baxşı Qələndərli Məmməd Qasımov Məmməd Məmmədov Kərəmov (İbrahim Bənəniyarlı, İsgəndər Abdullayev), Salmanov (Yusif Haqverdiyev), Mirzə Hüseyn (Məmməd Quliyev), Dəmirçi Musa (Kazım Hüseynov), Şeyda (Elxan Şeyxov, Tofiq Mövləvi), Kamilə (Sürəyya Qurbanova, Sürəyya Lətifova), Ziynət (Zemfira Əliyeva, Ballı Əzizova), Surxay (Vaqif Əsədov), Zalxa (Sofya Hüseynova) — 17 iyun 1983 S. Rəhman ad. Şəki Dövlət Dram Teatrı Cahangir Novruzov Qüdrət Məmmədov Emin Sabitoğlu Kərəmov (Muxtar İbadov, Cahangir Novruzov), Salmanov (Aydın Əliyev), Mirzə Hüseyn (Novruz Cəfərov), Dəmirçi Musa (Rafiq Yunusov, Arif İsmayılov), Ziynət (İradə Əmirova, İradə Novruzova), Şeyda (Ələkbər Hüseynov, Vahab Haqverdiyev), Surxay (Ayşad Məmmədov, Akif Yusifov), Zalxa (Rəhilə Məmmədova, Qənirə Mikayılova), Kamilə (Zemfira Abdullayeva) — 29 sentyabr 2002 C. Cabbarlı ad. Gəncə Dövlət Dram Teatrı Faiq Qasımov Vahab Cəfərov Tünzalə Mustafayeva Kərəmov (Novruz Cəfərov), Dəmirçi Musa (Sayad Vəliyev), Salmanov (Ramiz Vəliyev), Mirzə Hüseyn (Əllədin Məmmədov), Ziynət (Sevda Orucova), Surxay (Yusif Cəfərov), Kamilə (Şükufə Salmanova, Şəfa Qədirova), Şeyda (Mətləb Təhmazi, Samir Abbasov), Mehralı (Rövşən Şərifov), Zalxa (Rəhilə Məmmədova) —
Həmçinin bax Sabit Rəhman
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər