Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo — "Müqəddəs Mələk qəsri") — Romada yerləşən memarlıq abidəsi.
Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir.
Tarixçəsi thumb|left|200 px|Mələk Mikayılın heykəli İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur.
Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır.
Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir. Roma papaları onu sonradan əsl qəsrə çevirmişlər. VII Klement 1527-ci ildə V Karl Romanı zəbt edərkən məhz burada sığınacaq tapmışdır.
Sərdabədə dəfn olunanlar thumb|left|Aleksandr Brüllovun əsəri
İmperator Adrian və xanımı Sabina İmperator Antonin Piy və xanımı Faustina İmperator Lusi Ver İmperator Mark Avreli İmperator Kommod İmperator Septimi Sever İmperator Mark Avreli Antonin Bassian (tarixdə daha çox Karakalla kimi tanınır)
İmperator Adrianın qəbri üzərində özünə aid epitafiya həkk olunmuşdurHistoria Augusta, Hadrianus 25. Vgl. Birley, Restless Emperor, S. 301; Holzberg, Hadrians nous und seine animula. ANIMULA VAGULA BLANDULA HOSPES COMESQUE CORPORIS QUAE NUNC ABIBIS IN LOCA PALLIDULA RIGIDA NUDULA NEC UT SOLES DABIS IOCOS. Tərcümə Həlim ruhum, azmış ruhum Bədənimin yol yoldaşı və qonağı Tərk edib tələsdiyin yer, Solğun, kimsəsiz və sükutdur, oralarda Vərdişincə zarafat edə bilməzsən.
İnteryeri
Mənbələr Heinz-Joachim Fischer: "Rom. Zweieinhalb Jahrtausende Geschichte, Kunst und Kultur der Ewigen Stadt", DuMont, Köln 2001, S. 351–352. ISBN 3-7701-5607-2 Falk Spirallo Reiseführer Rom, Auflage 2007 Rom, DuMont Reiseverlag, Auflage 2006
İstinadlar
left|25 px
Kateqoriya:Roma qəsrləri Kateqoriya:135-ci ildə yarananlar Kateqoriya:Keçmiş həbsxanalar Kateqoriya:Antoninlər sülaləsi Kateqoriya:İtaliya milli muzeyləri Kateqoriya:139 Kateqoriya:Mələklər təsviri incəsənətdə Kateqoriya:Papa seçkilərinin keçirildiyi yerlər Kateqoriya:Roma muzeyləri Kateqoriya:Roma tarixi Kateqoriya:Romadakı Qədim Roma tikililəri Kateqoriya:II əsrdə tamamlanmış tikililər