thumb|upright=0.91|1848-ci ildən istifadə edilməyə başlanan Panslavist bayrağı. thumb|upright=1.14|right|Müasir dünyada slavyan dövlətlərinin yayılma arealı.

Panslavizm — XIX əsrin ortalarında formalaşmış, slavyan xalqlarının mədəni, intellektual və siyasi vəhdətini hədəfləyən ideologiya. Bu hərəkatın əsas təsir dairəsi əsrlər boyu slavyan olmayan imperiyaların (Bizans, Avstriya-Macarıstan, Osmanlı və Venesiya) hakimiyyəti altında qalmış Balkanlar olmuşdur.

Tarixi inkişafı

"Panslavizm" terminini ilk dəfə 1826-cı ildə Yan Herkel istifadə etmişdir. Pangermanizm ideyalarından təsirlənən bu cərəyan, Krım müharibəsindən sonra daha kəskin xarakter alan Avropa əleyhdarlığı zəminində inkişaf etmişdir.

XIX əsrin birinci yarısında qərb və cənub slavyanları arasında başlayan milli kimlik axtarışı əvvəlcə dilçi alimlər və şairlər tərəfindən slavyan dillərinin və folklorunun öyrənilməsi ilə başlanmışdır. Praqa şəhəri slavyan tarixi və filologiyası üzrə tədqiqatların mərkəzi hesab olunurdu.

Siyasi mərhələ və 1848-ci il Konqresi

Hərəkat qısa müddətdə siyasi məzmun qazanmışdır. 1848-ci ildə çex tarixçisi Frantişek Palatski Praqada Slavyan konqresini yığmışdır. Konqresdə Avstriya hakimiyyəti altında olan bütün slavyan millətlərinin bərabər hüquqlara sahib olduğu demokratik bir federasiya yaradılması qərara alınmışdır.

XIX əsrin 60-cı illərindən etibarən Panslavizm xüsusilə Rusiyada geniş yayılmışdır. Çar Rusiyası bütün slavyan xalqlarını öz hakimiyyəti altında birləşdirmək siyasətini (Rusiya Panslavizmi) dövlətin əsas xarici siyasət kursuna çevirmişdir.

Balkanlarda Panslavizm və Osmanlı ilə münaqişə

Rusiya imperiyası Balkanlarda mərkəzi İstanbul olacaq bir slavyan ittifaqı ideyasını təbliğ edirdi. Bu fəaliyyətlərin nəticəsində 1875-ci ildə serblər və çernoqoriyalılar müstəqillik məqsədilə Osmanlıya qarşı müharibəyə başlamışdılar. Rusiya bu münaqişələri Avropaya "pravoslavların qətli" kimi təqdim edərək Balkan xalqlarının himayədarı rolunda çıxış etməyə başlamışdır.

Müasir slavyan dövlətləri

Hazırda dünyada mövcud olan slavyan dövlətləri aşağıdakılardır:

Cənub slavyanları: Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Şimali Makedoniya. Qərb slavyanları: Polşa, Çexiya, Slovakiya. Şərq slavyanları: Rusiya, Ukrayna, Belarus.

İstinadlar

Ədəbiyyat siyahısı

Abbott G. European and Muscovite: Ivan Kireevsky and the origins of Slavophilism (Cambridge University Press, 1972) Agnew H. Origins of the Czech National Renascence (University of Pittsburgh Press, 1993) Carole R. The Slovenes and Yugoslavism, 1890-1914 (Columbia University Press, 1977) Djokic D. (ed.) Yugoslavism. Histories of a Failed Idea, 1918-1992 (Hurst and Company, 2003) Gasor A., Karl L., Troebst S. (eds.) Post-Panslavismus. Slavizität, Slavische Idee und Antislavismus im 20. und 21. Jahrhundert (Wallstein Verlag, 2014) Geier, Wolfgang (2022). Panslawismus [Pan-Slavism]. Enzyklopädie des europäischen Ostens, vol. 20,4. Klagenfurt: Wieser, . Golub I., Bracewell C. The Slavic Idea of Juraj Krizanic, Harvard Ukrainian Studies 3-4 (1986).

Kohn, Hans. Nationalism: Its meaning and history (van Nostrand, 1955).

Kostya S. Pan-Slavism (Danubian Press, 1981)

Petrovich B.M. The Emergence of Russian Panslavism, 1856-1870 (Columbia University Press, 1956)

Snyder, Louis L. Encyclopedia of Nationalism (1990) pp 309–315. Tobolka Z. Der Panslavismus, Zeitschrift fur Politik, 6 (1913) Vyšný, Paul. Neo-Slavism and the Czechs, 1898-1914 (Cambridge University Press, 1977).

"Pan-Slavism" in Columbia Encyclopedia

Kateqoriya:İrredentizm Kateqoriya:Panslavizm Kateqoriya:Rus millətçiliyi Kateqoriya:Rusiya fəlsəfəsi Kateqoriya:Rusiya imperiyasının xarici siyasəti Kateqoriya:Siyasi ideologiyalar Kateqoriya:Milliyyətçilik Kateqoriya:Pannasionalizm Kateqoriya:Siyasi hərəkatlar Kateqoriya:Siyasi nəzəriyyələr Kateqoriya:Ruslaşdırma Kateqoriya:Yuqoslaviya tarixi