Arbitraj qiymətləndirmə nəzəriyyəsi (APT, ) — maliyyə nəzəriyyəsində aktivlərin qiymətləndirilməsi üçün istifadə olunan çoxfaktorlu model. Bu model müxtəlif makroiqtisadi (sistematik) risk amilləri ilə maliyyə aktivlərinin qiyməti və gəlirliliyi arasında əlaqəni izah edir. Nəzəriyyə 1976-cı ildə amerikalı iqtisadçı Stiven Ross tərəfindən irəli sürülmüşdür və ənənəvi Kapital Aktivlərinin Qiymətləndirilməsi Modelinə (Capital Asset Pricing Model, CAPM) alternativ kimi geniş qəbul edilir.
APT-nin əsasını Tək qiymət qanunu (Law of One Price) təşkil edir. Bu prinsipə görə, eyni xüsusiyyətlərə malik aktivlər bazarda eyni qiymətə satılmalıdır; əks halda investorlar Arbitraj imkanlarından istifadə edərək risksiz qazanc əldə etməyə çalışacaq və nəticədə qiymətlər tarazlıq səviyyəsinə yaxınlaşacaqdır.
Nəzəriyyəyə əsasən, arbitraj imkanları aradan qalxdıqdan sonra hər hansı aktivin gözlənilən gəliri bir neçə risk amilinin xətti funksiyası kimi ifadə olunur. Bu amillər adətən inflyasiya, faiz dərəcələri, ÜDM artımı kimi makroiqtisadi göstəricilərdən ibarət olur. Hər bir amilin təsiri xüsusi beta əmsalı () ilə ölçülür və bu əmsal aktivin həmin risk amilinə həssaslığını göstərir.
APT modeli investorlara aktivlərin “həqiqi” dəyərini qiymətləndirməyə və bazarda yaranan qiymət uyğunsuzluqlarından istifadə etməyə imkan verir. Bu baxımdan model portfelin formalaşdırılması (aktivlərin bölgüsü), idarə olunan fondların performansının qiymətləndirilməsi, kapitalın dəyərinin hesablanması kimi sahələrdə geniş tətbiq olunur
Bundan əlavə, APT modeli daha çevik və dinamik hesab olunur, çünki o, CAPM-dən fərqli olaraq yalnız bir bazar faktoruna deyil, bir neçə iqtisadi amilə əsaslanır. Məsələn, Qreqori Konnor və Robert Korayçik 1986-cı ildə APT çərçivəsində portfel performansının qiymətləndirilməsi üçün yeni yanaşma təklif etmiş və Censenin Alfa göstəricisinin effektiv ölçü vasitəsi olduğunu qeyd etmişlər.
Nəticə etibarilə, arbitraj qiymətləndirmə nəzəriyyəsi maliyyə bazarlarında risk və gəlir münasibətlərini daha real və çoxşaxəli şəkildə izah edən mühüm modellərdən biri hesab olunur.
Model Arbitraj qiymətləndirmə nəzəriyyəsi (APT) təkdövrlü statik modeldir və investorlara risk ilə gəlir arasındakı qarşılıqlı əlaqəni anlamağa kömək edir. Orta investor müəyyən risk səviyyəsi üçün gəliri maksimumlaşdırmağa çalışır və buna görə də daha yüksək riskə görə daha yüksək gəlir gözləyir. APT modelinə görə, riskli aktivlərin gəlirləri aşağıdakı kimi ifadə edilə bilər:
burada
— aktivinə aid sabitdir; — (1 ≤ i ≤ n) sistematik amildir; — -ci aktivin amilinə həssaslığıdır (faktor yüklənməsi); — orta qiyməti sıfır olan spesifik (idiosinkratik) təsadüfi şokdur.
İdiosinkratik şokların aktivlər arasında və faktorlarla korrelyasiyasız olduğu qəbul edilir.
APT modelinə görə, əgər aktiv gəlirləri faktor strukturuna tabedirsə, onda gözlənilən gəlirlə faktor həssaslıqları arasında aşağıdakı əlaqə mövcuddur:
burada
— amilinin risk mükafatıdır; — risksiz faiz dərəcəsidir.
Yəni, aktivin gözlənilən gəliri onun müxtəlif faktorlara həssaslığının xətti funksiyasıdır.
Bu modelin işləməsi üçün bəzi şərtlər təmin olunmalıdır: bazarda mükəmməl rəqabət olmalıdır və faktorların sayı aktivlərin sayından çox olmamalıdır (əks halda matrisin təkliyi problemi yaranar).
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər The Arbitrage Pricing Theory Prof. William N. Goetzmann, Yale School of Management The Arbitrage Pricing Theory Approach to Strategic Portfolio Planning (PDF), Richard Roll and Stephen A. Ross The APT, Prof. Tyler Shumway, University of Michigan Business School The arbitrage pricing theory Investment Analysts Society of South Africa References on the Arbitrage Pricing Theory, Prof. Robert A. Korajczyk, Kellogg School of Management Chapter 12: Arbitrage Pricing Theory (APT), Prof. Jiang Wang, Massachusetts Institute of Technology.
Kateqoriya:Qiymətləndirmə Kateqoriya:Portfel investisiyaları