Stilizasiya — incəsənət və ədəbiyyatda hər hansı bir üslubun formal əlamətlərinin şüurlu şəkildə təqlid edilməsi. İncəsənətdə istənilən üslub (Misir, Bizans, barokko, bidermayer, xalq sənəti və s.) stilizə edilə bilər; bəzən bu təqlid müstəqil üslublara (neoklassisizm, neobizantizm, neorealizm və s.) çevrilir.

Stilizasiya obrazlı ifadənin vizual təşkili üsullarından biridir ki, bu zaman obyektin ən xarakterik cizgiləri ön plana çıxarılır və lazımsız detallar kənarlaşdırılır.Панкратова А. В. Пропедевтика: теория и композиции для графических дизайнеров: методическое пособие к курсу «Пропедевтика (основы композиции)» / А. В. Панкратова ; Смоленск. гуманит ун-т. – Смоленск, 2010. – 60 с. İş prosesi kimi stilizasiya, təsvir olunan obyektlərin (fiqurların, əşyaların) forma, həcm və rəng nisbətlərinin şərti dəyişdirilməsi üsulları vasitəsilə dekorativ ümumiləşdirilməsidir.Логвиненко Г. М. Декоративная композиция: учеб. пособие для студентов вузов, обучающихся по специальности «Изобразительное искусство» / Г. М. Логвиненко.— М. : ВЛАДОС, 2008. – 144 с.: ил. (Изобразительное искусство).

Yaradıcılıq metodu kimi stilizasiya mövcud mədəni təcrübədən tarixi, milli, süjet motivlərinin və ya bədii üsulların mənimsənilməsini, onların yaradıcı şəkildə yenidən mənalandırılmasını və müasir bədii vasitələrlə ötürülməsini nəzərdə tutur.Билялова И. Я. Декоративная стилизация на занятиях по дисциплине «основы композиции»

İstinadlar

Ədəbiyyat siyahısı

Stilizasiya. // «Məşhur incəsənət ensiklopediyası» (Популярная художественная энциклопедия). Polevoy V. M.-in redaktəsi ilə; Moskva: "Sovet Ensiklopediyası" nəşriyyatı, 1986. Vlasov V. Q. Təsviri sənətdə forma yaratma nəzəriyyəsi (Теория формообразования в изобразительном искусстве). Sankt-Peterburq: SPb. Universitetinin nəşriyyatı, 2017. S. 181-186.

Kateqoriya:Estetika anlayışları Kateqoriya:Ədəbiyyat terminləri