The Futon Critic – Amerika Birləşmiş Ştatlarının yayım və kabel şəbəkələrindəki praym-taym proqramları haqqında məqalələr və məlumatlar təqdim edən internet saytıdır. Sayt praym-taym verilişlərinin icmallarını və televiziya sənayesi nümayəndələrinin müsahibələrini dərc etməklə yanaşı, "Nielsen" reytinq hesabatlarını, həmçinin televiziya şəbəkələri və yayım platformaları tərəfindən təqdim olunan press-relizləri yenidən yayımlayır. "The Futon Critic" 1997-ci ildə Brayan Ford Sallivan tərəfindən təsis edilib.
Tarix "Futon Media" şirkətinin icraçı direktoru Brayan Ford Sallivan "The Futon Critic" saytını 14 yanvar 1997-ci ildə qeydiyyatdan keçirib. Yarandığı gündən etibarən sayt praym-taym proqramları haqqında rəylər, eləcə də öz heyətinin televiziya sənayesi nümayəndələri ilə apardığı müsahibələri dərc edir. Saytda həmçinin press-relizlərin, yayım cədvəllərinin və "Nielsen" reytinq məlumatlarının yenidən yayımlanmasına həsr olunmuş məqalə bölmələri mövcuddur ki, bu məlumatlara "The Huffington Post" və "TV by the Numbers" kimi saytların məqalələrində istinad edilib. "Nielsen" reytinq məlumatlarının nəşrlərindən Kolorado Boulder Universiteti və Templ Universiteti kimi müəssisələr də resurs olaraq istifadə ediblər.
2009-cu ildə Sallivan saytın adından televiziya və ilin Emmi nominasiyalarını müzakirə etmək üçün WGN kanalında yayımlanan The Nick Digilio Show proqramında çıxış edib. 2010-cu ildə Sallivan saytın eyni ilin avqust ayında istifadəyə veriləcək, rəqəmsal yayım platformalarındakı proqramların mövcudluğunu izləməyə həsr olunmuş yeni bölməsini elan etdi. O, həmçinin bölmə istifadəyə verildikdən bir müddət sonra orada yayımlanacaq bir televiziya pilot layihəsinin istehsalını da elan etdi; ".comEDY" adlanan bu layihə Silikon vadisi ətrafında dotkom köpüyünün partlamasının təsirlərinə komedik baxış kimi təqdim olunurdu.
Sayt 2013-cü ilin əvvəllərində orijinal rəylərin və müsahibələrin dərcini dayandırıb. (last interview dated February 15, 2013)
İstinadlar