thumb|right|Nefertitinin büstü. Qədim Misir (e.ə. 1351–1334) Büst – insan fiqurunun yuxarı hissəsinin (sinədən və ya beldən yuxarı) üçölçülü heykəltəraşlıq təsviridir və adətən postament üzərində yerləşdirilir. Bir qayda olaraq, büst portret xarakteri daşıyır və konkret bir insana məxsus fərdi cizgiləri əks etdirməyə xidmət edir, lakin insan görünüşünün ümumiləşdirilmiş tiplərini təqdim edən büstlər də mövcuddur. Büstlər adi heykəltəraşlıqda istifadə olunan materiallardan hazırlanır: mərmər, bürünc, ağac, terrakota, mum, gips və s.
2017-ci ildən etibarən dünyanın ən böyük büstü Hindistanda yerləşən Adiyogi Şiva heykəlidir; onun hündürlüyü 34,24 metr, eni 24,99 metr, uzunluğu isə 44,9 metrdir. Ağırlığı 500 tona yaxındır.'Aadiyogi bust' declared world's largest by Guinness Book of World , Hindustan Times, 12 May 2017.
Həmçinin bax Portret
İstinadlar
Kateqoriya:Büstlər