Mariya Mediçi (; ) — Böyük Toskana hersoqu I Kozimonun qızı, Mediçi ailəsinin üzvü.

3 aprel 1540-cı ildə Florensiyada dünyaya gəldi. Atası son Florensiya hersoqu I Kozimo Mediçi, anası isə onun ispan əsilli xanımı Toledolu Elyanoradır. Mükəmməl saray təlim-tərbiyəsi aldı. Latın, qədim yunan, fransız və ispan dillərini səlis öyrəndi. 1554-cü ildə Modena taxt-tacının vəliəhdi Şahzadə Alfonso d'Este ilə nişanlandı. Ancaq cütlüyün evliliyi baş tutmadı. Belə ki, Mariya Mediçi hələ 17 yaşında ikən yoluxduğu malyariya xəstəliyi səbəbilə vəfat etdiMurphy, Caroline P. (2008). Murder of a Medici Princess. USA: Oxford University Press. .

İstinadlar

Ədəbiyyat Murphy, Caroline P. (2008). Murder of a Medici Princess. USA: Oxford University Press. Staley, Edgcumbe The Tragedies of the Medici Schultes, Lothar (2017): "Der Tod und das Mädchen – Bia oder Maria de' Medici?" In: Mitteilungen der Gesellschaft für vergleichende Kunstforschung in Wien, 69, Nr. 1/2, February 2017, p. 1– 6.

Kateqoriya:XVI əsr İtaliya qadınları Kateqoriya:Mediçilər Kateqoriya:XVI əsr İtaliya zadəganları