Marianna Saxl-Deutç (; ) — yəhudi mənşəli Avstraiya rəssamı. Holokost qurbanı. Həyatı 240px|thumb|left|Aqata Hardt-Stremayr üçün ağac üzərində oyma (ksiloqrafiya) üsulu ilə hazırlanmış Ekslibris. Marianna Deutçun özünün verdiyi məlumata görə səkkiz il rəssamlıq təhsili alıb. Bunun beş ili ehtimal ki, 1910-cu ildən əvvəl "Qadınlar və Qızlar üçün İncəsənət Məktəbi"ndə Adolf Bohmin rəhbərliyi altında keçmişdir. 1910-cu ildə o, Daxauda rəssamlar koloniyasında olub. Elə həmin il yəhudilikdən imtina etmiş və Vyanalı terapevt Paul Saxl (1880–1932) ilə ailə həyatı qurub. Onların iki qızı var idi.

Saxl-Deutç "Werkbund" və "Vyana Emalatxanaları"nın (Wiener Werkstätten) təsiri altında olmuşdur. 1926/27-ci illərdə o, Vyana Tətbiqi Sənət Məktəbində Rudolf Larisçin ornamental yazı və heraldika kursunda azad dinləyici kimi iştirak edib. O, öz əsərlərini Avstriya Qadın Rəssamlar Birliyinin üç sərgisində nümayiş etdirib.

Saxl-Deutç Albertqasse 1 (Albertgasse 1) ünvanında şəxsi emalatxanasına rəhbərlik edirdi. O, yağlı boya, quaş və akvarellə portretlər və mənzərələr çəkir, ağac üzərində oyma işləri hazırlayır, həmçinin bürüncdən kasalar, qutular, lampalar, gümüş zinət əşyaları və tekstil işləri ərsəyə gətirirdi.

1912-ci ildə Saxl-Deutç "Qadınlara öz hüquqlarını verin" (Den Frauen ihr Recht) adlı posteri yaratdı. Bu poster Avstriya Kommunist Partiyası (KPÖ), Avstriya Sosial-Demokrat Partiyası (SPÖ) və 1970-ci illərin yeni qadın hərəkatı tərəfindən dəfələrlə istifadə edilib. Lakin bu istifadələr zamanı nə MSAXL imzasına istinad edilmiş, nə də rəssamın 2013-cü ilə qədər qüvvədə olan müəllif hüquqlarına hörmət göstərilmişdir.

Marianna Deutçun qızları Avstriyanın ilhaqından (Anşluss) sonra İngiltərəyə qaça bildilər. Özü isə 1939-cu ildə anası Olqa Deutç ilə birlikdə Skodaqasse 15/1 ünvanında yaşayırdı. Daha sonra hər ikisi məcburi şəkildə 1-ci rayonda (Vyananın mərkəzi), Haynrixqasse (Heinrichsgasse) küçəsində yerləşən və artıq digər yəhudilərin məskunlaşdırıldığı, nəticədə 35 nəfərin ölümə göndərildiyi sözdə "Yəhudi evi"nə (Judenhaus) yerləşdirildilər.

Saxl-Deutç 6 may 1942-ci ildə Malıy Trostinets məhv düşərgəsinə deportasiya edildi. Anası Olqa Deutç isə 13 avqust 1942-ci ildə Terezienştat (Theresienstadt) gettosuna sürgün olundu və 26 sentyabr 1942-ci ildə Treblinka məhv düşərgəsində qətlə yetirildi.

Onun nəvəsi Eva Şmidt-Kraylishaym 2010-cu ildə Vyananın Jozefştat (Josefstadt) rayonunda onun xatirəsinə Xatirə Daşının (Stein der Erinnerung) qoyulmasına nail oldu.

Onun əsərləri Vyanadakı Leopold Muzeyinin kolleksiyasında sərgilənir.

İstinadlar

Ədəbiyyat Ursula Müksch: Saxl-Deutsch Marianne. In: :de:Ilse Korotin (Hrsg.): biografıA. Lexikon österreichischer Frauen. Band 3: P–Z. Böhlau, Wien/Köln/Weimar 2016, ISBN 978-3-205-79590-2, S. 2836–2839. Ursula Müksch: lebte in der Josefstadt – Marianne Saxl-Deutsch. In: Sonderheft der Mitteilungen der Österr. Exlibris-Gesellschaft. N.F. Jg. 65. Nr. 2. August 2010

Xarici keçidlər

Kateqoriya:XX əsr Avstriya qadın rəssamları