Rumıniyada türklər (, ) — ölkənin rəsmi olaraq tanınmış milli azlıqlarından biri. Rumıniyada türklər etnik azlıq təşkil edir. 2011-ci il siyahıyaalınmasına əsasən, ölkədə 27,698 türk yaşayırdı ki, bu da əhalinin təxminən 0.15%-ni təşkil edən azlıq deməkdir. Onların 81.1%-i ölkənin cənub-şərqində, Qara dəniz yaxınlığındakı Dobruca bölgəsində — Konstansa (21,014) və Tulça (1,891) qraflıqlarında, daha 8.5%-i isə ölkənin paytaxtı Buxarestdə (2,388) qeydiyyata alınmışdır.

Tarixi

Türklərin hazırda Rumıniyanın tərkibində olan Dobruca (Şimali Dobruca) bölgəsində uzun bir tarixə malikdir. VII və XIII əsrlər arasında bölgədə məskunlaşan bulqarlar, peçeneqlər, kumanlar və türkmənlər kimi müxtəlif qruplar, ehtimal ki, XIV əsrdə xristian muxtar bir dövlət quruluşunun formalaşmasına töhfə veriblər.

Müasir Rumıniya ərazilərində sırf türk əhalisinin mövcudluğunu ehtimal ki, XIII əsrə qədər izləmək mümkündür. 1243-cü ildə Anadoludakı (müasir Türkiyənin böyük hissəsi) Səlcuqlu türkləri Kösedağ döyüşündə monqollara məğlub oldular. Monqollar Səlcuqlu türklərini özlərinə tabe etdilər və torpaqlarını iki qardaş, IV Qılınc Arslan və II İzzəddin Keykavus arasında böldülər. Qardaşına tabe olmağa məcbur edilən II Keykavus buna etiraz etdi, nəticədə o, böyük bir tərəfdar qrupu ilə birlikdə Anadolunu tərk etmək və Bizans İmperiyasında sığınacaq axtarmaq məcburiyyətində qaldı. Cultul musulman , at the Romanian Ministry of Culture and Religious Affairs' State Secretariat for Religious Affairs . Retrieved February 28, 2008.

İlk əhəmiyyətli sayda türkdilli qruplar Rumıniyaya peçeneqlər və qıpçaqlar (kumanlar) ilə birlikdə gəlib. Təxminən 1061-ci ildə, peçeneqlər Valaxiya və Moldovada hökmranlıq edərkən, onların arasında türk azlığı var idi. Eyni hal kumanlara da aid idi. Dan Toma Dulciu, "Prezențe musulmane în spațiul românesc" , in :en:Revista Sud-Est, 2002/2/48. Retrieved June 2, 2007. Kumanlar 1171-ci ildə peçeneqləri əvəz etdilər, Macarıstan kralları isə peçeneqləri Transilvaniyada və krallıqlarının digər hissələrində məskunlaşdırdılar.

Türk varlığı Dobrucada ənənəvi xarakter daşıyır və qismən həm Osmanlı hakimiyyətindən, həm də qonşu Dunay knyazlıqlarının yaranmasından əvvəlki dövrə təsadüf edir. Constantin Rezachevici, "Găgăuzii" (part I) , in :en:Magazin Istoric, May 1997 Həm peçeneqlər, həm də kumanlar bu ərazidə mövcud olmuş və ehtimal ki, bir sıra kiçik icmalar qurmuşdular. Təxminən 1260-cı ildə, Bizans imperatoru VIII Mixail Paleoloqun hakimiyyəti dövründə, iki Anadolu Səlcuqlu hökmdarı taxtdan salınmış Sultan II Keykavusa və sufi Sarı Saltıqa bu bölgədə məskunlaşmağa icazə verildi. Dobrucaya qardaşı və ortaq hökmdarı IV Qılıc Arslan ilə gələn Keykavusu, məlumatlara görə, 12,000-ə qədər təbəəsi müşayət edirdi.

Onların ilk məskunlaşma yerinin dəqiq harada olması mübahisəlidir. Bir qrup tarixçi hesab edir ki, qrupa yəqin ki, Bizansın şimal sərhədini qorumaq tapşırılıb və onlar sonralar Babadağ kimi tanınan ərazidə məskunlaşıblar. Digər bir qrup isə bu varlığı hazırda Bolqarıstan ərazisində olan Cənubi Dobrucanın Kaliakra zolağı ilə əlaqələndirir. Bundan əlavə, müxtəlif tarixçilər iddia edirlər ki, bu Səlcuqluların miqrasiyası qaqauz xalqının etnogenezində həlledici rol oynayıb. Bəziləri hesab edir ki, bu prosesə kumanlar, peçeneqlər, oğuzlar və digər türk xalqları da daxil ola bilərdi. Dobrucada az sayda qalan qaqauzlar əksəriyyətlə pravoslav xristianlardır ki, bu da İslamdan dinini dəyişmə prosesi ilə izah olunur. 280px|thumb|left|Buxarestdə tarixi türk məscidi, 1906-cı il. Tatarların varlığı, 1334-cü ildə bu ərazidən keçmiş bərbər səyyahı İbn Bətutənin əsərlərində xüsusi olaraq qeyd edilmişdir. İbn Bətutənin dövründə bu bölgə Avrasiya çöllərində mərkəzləşmiş Tatar Qızıl Ordasının ən qərb mülkü sayılırdı. Arxeoloji qazıntılar aşkar etmişdir ki, Qızıl Ordaya mənsub olan digər bir tatar qrupu Noğay xanın hakimiyyəti dövründə Dobrucaya gəlmişdir və yəqin ki, indiki noqaylarla yaxın qohumluq əlaqələrinə malik idilər. Əmir Teymurun hücumlarından sonra, XIV əsrin ortalarında Aktay xanın qoşunları bölgəyə gəlib və təxminən 100,000 tatar orada məskunlaşıb. Qızıl Ordanın süqutundan əvvəl və sonra Dobruca müsəlmanları, Krım tatarları kimi, bu dövlətin mədəni təsirlərini qəbul ediblər. Burda istifadə olunan dil qıpçaq dili idi. Sultan I Bəyazid və I Mehmed dövründə reallaşan Osmanlı hakimiyyətinin genişlənməsi bölgəyə Osmanlı türkcəsinin təsirini gətirdi, çünki Dobruca Rumeli bəylərbəyliyinə birləşdirildi.

Dobruca və bütövlükdə Rumıniyada ən qədim mədrəsə 1484-cü ildə II Bəyazidin əmri ilə Babadağda qurulub və 1903-cü ildə Məcidiyyəyə köçürülüb. Elə həmin dövrdən etibarən Anadoludan olan müsəlman tatar və oğuz türkləri qrupları müxtəlif fasilələrlə Dobrucada məskunlaşdırılıb. 1525-ci ildə Samsun və Sinop limanlarından gələn böyük bir qrup Babadağa köçüb. Bəyazid həmçinin Volqa tatarlarından da Şimali Dobrucaya köçmələrini istəyib.:en:George Grigore, "Muslims in Romania" , in International Institute for the Study of Islam in the Modern World (ISIM) Newsletter 3, July 1999, p.34. Retrieved June 2, 2007.

1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Tulça qraflığındakı tatarlar Rusiya qoşunları tərəfindən qovuldular.Irwin, p.402 Bundan əlavə, San-Stefano sülh müqaviləsinin imzalanmasından sonra Dobrucanın və Osmanlı hökmranlığından azad edilmiş digər bölgələrin çərkəzləri ölkədən çıxarıldı ki, bu da Dobruca çərkəzləri ilə Rumıniya hakimiyyəti arasında hər hansı təmasın qarşısını aldı. Müharibə və Berlin konqresindən sonra İon Bretianunun rəhbərlik etdiyi Rumıniya hökuməti mülki hüquqların xristian olmayanlara da şamil edilməsinə razı oldu. 1923-cü ildə Birinci Dünya müharibəsindən sonra barışıq rəmzi olaraq Buxarestin Karol parkında kiçik məscid formasında abidə ucaldıldı. Dunay çayının üzərində, Banatın cənubunda yerləşən, əvvəlcə Osmanlı anklavı, daha sonra isə Avstriya-Macarıstanın bir hissəsi olan və 1923-cü ildə Rumıniyaya verilən Ada Kale adasında türkdilli kiçik bir müsəlman icması yaşayırdı.

1923-cü ildə İkinci Balkan müharibəsinin sonunda Rumıniya krallığının tərkibinə əhalisinin 50%-dən çoxu türklərdən ibarət olan Cənubi Dobruca daxil edildi. Bu bölgə 1940-cı ildə Bolqarıstana qaytarıldı. Birinci Dünya müharibəsindən sonrakı qeydlərə görə, Rumıniyanın 7 milyonluq ümumi əhalisindən 200 mini müsəlman idi ki, onların da əksəriyyəti (178 min nəfərədək) Dobrucanın iki bölgəsində yaşayan türklər idi. 1877-ci ildən bəri icma dörd ayrı müftilik tərəfindən idarə olunurdu. Müharibələrarası dövrdə onların sayı azaldıldı. Belə ki, Konstansa və Tulça şəhərlərinin hər birində bir müftilik fəaliyyət göstərirdi. 1943-cü ildə bu iki qurum yenidən Konstansadakı müftinin ətrafında birləşdirildi. Dobruca xaricində, alban müsəlmanlarının nisbətən kiçik varlığı da mədəni iz qoyub. 1921-ci ildə Quranın alban dilinə ilk tərcüməsi İlo Mitke Qafzezi tərəfindən Valaxiyanın Ployeşti şəhərində tamamlanıb.

İkinci Dünya müharibəsindən sonrakı dövrə qədər, ümumilikdə dini baxımdan mühafizəkar və apolitik (siyasətdən kənar) olan müsəlman əhalinin əhəmiyyətli dərəcədə dini dözümlülükdən yararlandığı bildirilir. Bununla belə, 1910-cu ildən sonra icma davamlı tənəzzülə məruz qaldı və əhalisi əsasən müsəlmanlardan ibarət olan bir çox kənd boşaldı.

Rumıniyadakı türk əhalisinin tarixindəki digər mühüm hadisə XV əsrin əvvəllərində bölgənin Osmanlı fəthi idi. Beləliklə, XVII əsrə qədər Dobrucadakı yaşayış məntəqələrinin çoxu ya kolonizasiya, ya da Osmanlıdan əvvəlki islamlaşmış türk əhalisinin assimilyasiyası nəticəsində türk adları daşıyırdı. XIX əsrdə Dobrucada türklər və tatarların sayı rumınlardan daha çox idi. 1880-ci ildə keçirilən ilk Rumıniya əhalisinin siyahıyaalınmasında Dobrucada 18.624 türk (əhalinin 13%-i) qeydə alınıb. Dunay tatarları daha 21%-ni təşkil edirdi. 1956-cı ilə qədər kiçik bir qrup türk də Rumıniyanın cənub-qərbində, Orşova şəhəri yaxınlığında, Dunay çayındakı Ada Kale adasında yaşayırdı. Yuqoslaviya-Rumıniya birgə müəssisəsi tərəfindən tikilən "Dəmir Qapı" bəndinin inşasından (1968) qısa müddət əvvəl Ada Kale əhalisi Anadoluya köçdü və ada sular altında qaldı. Eyni zamanda, sufi ənənələri kommunist rəsmiləri tərəfindən xoş qarşılanmırdı. Bu siyasətin nəticəsində sufi qrupları demək olar ki, tamamilə fəaliyyətsiz qaldı.Nathalie Clayer, Alexandre Popovic, "A New Era for Sufi Trends in the Balkans" , in International Institute for the Study of Islam in the Modern World (ISIM) Newsletter 3, July 1999, p.32. Retrieved June 2, 2007. Türklər Rumın dilinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə və musiqisinə əhəmiyyətli təsir göstəriblər. Dobrucada tarixi demoqrafiya Millətlər 1880G. Dănescu, Dobrogea (La Dobroudja). Étude de Géographie physique et ethnographique 1899 1913 19301Calculated from results of the 1930 census per county, taken from 1956Calculated from statistics for the counties of Tulcea and Constanța from 1966 1977 1992 2002 20112011 census results per county, cities and towns Toplam 139,671 258,242 380,430 437,131 593,659 702,461 863,348 1,019,766 971,643 897,165 Rumınlar 43,671 (31%) 118,919 (46%) 216,425 (56.8%) 282,844 (64.7%) 514,331 (86.6%) 622,996 (88.7%) 784,934 (90.9%) 926,608 (90.8%) 883,620 (90.9%) 751,250 (83.7%) Bolqarlar 24,915 (17%) 38,439 (14%) 51,149 (13.4%) 42,070 (9.6%) 749 (0.13%) 524 (0.07%) 415 (0.05%) 311 (0.03%) 135 (0.01%) 58 (0.01%) Türklər 18,624 (13%) 12,146 (4%) 20,092 (5.3%) 21,748 (5%) 11,994 (2%) 16,209 (2.3%) 21,666 (2.5%) 27,685 (2.7%) 27,580 (2.8%) 22,500 (2.5%) Tatarlar 29,476 (21%) 28,670 (11%) 21,350 (5.6%) 15,546 (3.6%) 20,239 (3.4%) 21,939 (3.1%) 22,875 (2.65%) 24,185 (2.4%) 23,409 (2.4%) 19,720 (2.2%) Ruslar-Lipovan 8,250 (6%) 12,801 (5%) 35,859 (9.4%) 26,210 (6%)² 29,944 (5%) 30,509 (4.35%) 24,098 (2.8%) 26,154 (2.6%) 21,623 (2.2%) 13,910 (1.6%) Rutinlər (1956-cı ildən ukraynalılar) 455 (0.3%) 13,680 (5%) 33 (0.01%) 7,025 (1.18%) 5,154 (0.73%) 2,639 (0.3%) 4,101 (0.4%) 1,465 (0.1%) 1,177 (0.1%) Dobruca almanları 2,461 (1.7%) 8,566 (3%) 7,697 (2%) 12,023 (2.75%) 735 (0.12%) 599 (0.09%) 648 (0.08%) 677 (0.07%) 398 (0.04%) 166 (0.02%) Yunanlar 4,015 (2.8%) 8,445 (3%) 9,999 (2.6%) 7,743 (1.8%) 1,399 (0.24%) 908 (0.13%) 635 (0.07%) 1,230 (0.12%) 2,270 (0.23%) 1,447 (0.16%) Qaraçılar 702 (0.5%) 2,252 (0.87%) 3,263 (0.9%) 3,831 (0.88%) 1,176 (0.2%) 378 (0.05%) 2,565 (0.3%) 5,983 (0.59%) 8,295 (0.85%) 11,977 (1.3%)

Demoqrafiya 300px|thumb|right| Buxarestdə Qələbə prospektində Mustafa Kamal Atatürkün büstü Türklərin əksəriyyəti tarixi Şimali Dobruca (türkcə: Dobruca) bölgəsində, xüsusən də 21,014 nəfərlə əhalinin 3.3%-ni təşkil etdikləri Konstansa qraflığında, 1,891 nəfərlə (0.94%) Tulça qraflığında və 2,388 nəfərlə (0.14%) Buxarestdə yaşayır. Konstansa qraflığının Dobromir kommunası Rumıniyada türk çoxluğuna (61.93%) sahib olan yeganə yaşayış məntəqəsidir. Rəsmi olaraq tanınmış etnik azlıq kimi, türklərin Rumıniya Deputatlar Palatasında bir yerlik kvotası var və bu yer 1992-ci ildən bəri Rumıniya Demokratik Türk Birliyi tərəfindən təmsil olunur.Turci at Noile minorități din București Həmçinin, 1967-ci ilə qədər Ada Kale adasında da mühüm bir türk icması yaşayıb.

1989-cu ildən sonra xeyli sayda türk sahibkar Rumıniyada investisiya qoymağa və biznes qurmağa başlamış, onların müəyyən bir hissəsi Rumıniyada yaşamağı seçmişdir. Qeyri-rəsmi mənbələr Buxarestda 12 min Türkiyə vətəndaşının olduğunu təxmin edir.

2002-ci il siyahıyaalınması Rumıniya türklərinin əksəriyyəti hələ də (2002-ci il siyahıyaalınması) Şimali Dobruca tarixi bölgəsində, xüsusən də Konstansa qraflığında yaşayır. Onların sayı 24.246 nəfərdir və rayon əhalisinin 3,4%-ni təşkil edir. Tulçin qraflığında 3.334 türk (1,3%), Buxarestdə isə 2.473 türk (0,1%) yaşayır. Qalan türklərin əksəriyyəti son dövrlərdə miqrant sahibkarlardır və əsasən ölkənin daha böyük şəhərlərində yaşayırlar.

Din