Nogometni klub Slaven Belupo (hərfi mənası: "Slaven Belupo" Futbol Klubu) — Slaven Belupo və ya sadəcə Slaven kimi tanınan, Xorvatiyanın Koprivnitsa şəhərində yerləşən peşəkar futbol klubu.

Komanda Xorvatiya Futbol Liqasında çıxış edir. Onlar ev oyunlarını Koprivnitsadakı İvan Kuşek-Apoş Qradski stadionunda keçirmiş.

Tarixi Koprivnitsada ilk futbol klubu 1907-ci ilin iyununda, tələbə komandası yaradıldığı zaman qurulmuşdur. "Slaven" adı ilk dəfə 20 avqust 1912-ci ildə qurulan və Fridrix ailəsinə məxsus idman klubuna verilmişdi. Klub 1920-ci ildə Xorvatiya regional çempionatının qalibi olub. Sonradan "HŠK Slaven" adını almış və bu adla fəaliyyətini davam etdirmişdir.

1953-cü ildən 1958-ci ilə qədər klub "SD Podravka" adlandırılmış, sonradan yenidən "NK Slaven" adını geri qaytarmışdır. Koprivnitsada yerləşən "Belupo" əczaçılıq şirkəti 1992-ci ildə kluba sponsorluq etməyə başlamış və nəticədə klubun adı "Slaven Belupo" olaraq dəyişdirilmişdir (ancaq sponsorluq qaydalarına görə Avropa yarışlarında "Slaven Koprivnitsa" kimi tanınır).

Klub 1997-ci ildə ilk dəfə Birinci Liqaya (Prva HNL) yüksəlmiş və o vaxtdan bəri heç vaxt aşağı liqaya düşməmişdir. 2000-ci ildə "Slaven" UEFA İntertoto Kubokuna vəsiqə qazanmış və üçüncü tura qədər irəliləyərək "Aston Villa" klubuna məğlub olmuşdur. 2001-ci ildə onlar yenidən İntertoto Kubokunda iştirak etmiş, lakin yenə "Aston Villa" tərəfindən mübarizədən kənarlaşdırılmışdır.

"Slaven Belupo" 2006–07 mövsümündə tarixində ilk dəfə Xorvatiya Kubokunun finalına çıxmışdır. Ancaq finalda Dinamo Zaqreb klubuna qarşı keçirilən final matçlarında ümumi hesabda məğlub olaraq gümüş medallarla kifayətlənmişdir.

2008-ci ildə Slaven Xorvatiya liqasında ikinci yeri tutdu və bu, onların indiyə qədər ən yaxşı yerli nəticəsi olaraq qalır.

Klubun qitəmiqyaslı növbəti böyük uğuru isə, 2008-ci ildə UEFA Kuboku turnirində qeydə alınmışdır. Komanda Şimali İrlandiyanın "Portadaun", daha sonra Yunanıstanın "Aris" klublarını sıradan çıxararaq play-off mərhələsinə yüksələ bilir. Lakin burada Moskvanın "ÇSKA" klubuna iki oyunun nəticəsinə görə məğlub olaraq mübarizəni dayndırmışdır.

2016-cı ildə "Slaven" 2015–16 Xorvatiya Futbol Kubokunun yarımfinalında "Riyeka" klubunu ümumi hesabda 4–2 məğlub edərək tarixində ikinci dəfə finala yüksəlmir. Finalda yenidən "Dinamo Zaqreb" ilə qarşılaşaraq rəqibinə 2–1 hesabı ilə uduzmuşdur.

Uğurları Xorvatiya Kuboku İkinci yer (2): 2006–07, 2015–16

Heyəti

Nömrə Mövqe Vətəndaşlıq Oyunçu 1 Qapıçı Matiya Yesenoviç 2 Müdafiəçi Vinko Medyimorets 3 Müdafiəçi Antonio Yakir 4 Müdafiəçi Dominik Kovaçiç 5 Müdafiəçi Zvonimir Kataliniç 6 Müdafiəçi Tomislav Boziç 7 Hücumçu Marko Dabro 9 Hücumçu İvan Boziç 10 Yarımmüdafiəçi Mixail Kaymakov 11 Hücumçu Yosip Mitroviç 12 Qapıçı Antun Markoviç 13 Müdafiəçi Marko Leşkoviç 14 Yarımmüdafiəçi Adrian Liber 15 Yarımmüdafiəçi İvan Çubeliç 16 Müdafiəçi Luka Çurkoviç 18 Müdafiəçi Filip Kruşely 19 Hücumçu Ernis Qestay 21 Yarımmüdafiəçi Lyuban Çrepulya 22 Müdafiəçi Filip Yoviç 23 Yarımmüdafiəçi İqor Lepinyitsa 24 Yarımmüdafiəçi Leon Boşnyak 27 Hücumçu Alen Qrgiç 31 Qapıçı Osman Hadjikiç 32 Qapıçı İvan Çoviç 33 Müdafiəçi Karlo İşasegi 35 Müdafiəçi Leonard Juta 41 Hücumçu Filip Mazar 45 Müdafiəçi Erik Ridjan 90 Hücumçu İliya Nestorovski

İstinadlar

Kateqoriya:Xorvatiya futbol klubları