Aleksandr Vladimiroviç Maxov (; ) — ukraynalı hərbi qulluqçu, Ukrayna Silahlı Qüvvələrinin serjantı, hərbi jurnalist və Rusiya-Ukrayna müharibəsinin iştirakçısı.

Həyatı Aleksandr Maxov 17 aprel 1986-cı ildə Voroşilovqradda (indiki Luqanskda) anadan olub.

O, Vladimir Dal adına Şərqi Ukrayna Milli Universitetinin jurnalistika fakültəsini bitirib. Luqansk Regional Televiziyasında, şəhərin "IRTA" kanalında, həmçinin "Ukrayna", "Ukrayna 24" və "Dom" (2021–2022) telekanallarında müxbir kimi çalışıb. Müharibə bölgəsindən xəbərlər hazırlayan Maxov "Viyskkor" adlı podkastın aparıcısı olub. 2017-ci ildəisə Antarktidaya ezamiyyətə yollanıb.

2015-ci ildə könüllü olaraq səfərbərliyə qatılan Maxov, 57-ci motoatıcı briqadada zenitçi və pulemyotçu kimi xidmət edib. O, Qorlivka yaxınlığındakı döyüşlərdə: Zaytseve və Mayorskda iştirak edib.

20 fevral — 5 mart 2020-ci il tarixlərində o, Çinin Uhan şəhərindən təxliyə edilənlərlə birlikdə Poltava vilayətinin Novi Sanjarı qəsəbəsindəki müşahidə mərkəzində Ukrayna mediasının yeganə nümayəndəsi olub.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başladığı işğalın ilk günlərindən etibarən o, 95-ci Hava Hücumu Briqadasının tərkibində yenidən cəbhəyə yollanıb. O, 4 may 2022-ci ildə Xarkov vilayətinin Dovhenke kəndini müdafiə edərkən Rusiya işğalçılarının atəşi nəticəsində həlak olub. Düşmən mərmisinin qəlpəsi Aleksandrın ağciyərinə isabət etmişdi.

Aleksandr Maxov, 9 may 2022-ci ildə Berkovets qəbiristanlığında dəfn edilib.

Onun Vladislav adlı bir oğlu qalıb.

İrsi 2022-ci il mayın 5-də Ukrayna Prezidenti Vladimir Zelenski müraciətini bir jurnalistin ölüm xəbəri ilə başladı.

Kiyevdəki tramvay stansiyalarından birinə də onun adı verilmişdir.

26 dekabr 2022-ci ildə Xarkov vilayətinin İzyum şəhərində Aleksandr Ostrovski küçəsinin adı dəyişdirilərək Aleksandr Maxov küçəsi adlandırıldı.

27 oktyabr 2022-ci ildə isə Kiyevdəki küçlərdən birinə Aleksandr Maxov küçəsi adı verildi.

Mükafatları III dərəcəli Cəsarət ordeni (24 may 2022, ölümündən sonra).Decree of the President of Ukraine from 24 may 2022 year № 366/2022 "Про відзначення державними нагородами України " (in Ukrainian)

İstinadlar

Kateqoriya:III dərəcəli "Cəsarət" ordeninin kavalerləri Kateqoriya:Ukrayna hərbçiləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:Ukrayna jurnalistləri