Bəhruz Qibləli oğlu Məmmədov (23 fevral 1964, Şahbuz rayonu, Kükü kəndi) — azərbaycanlı alim, pedaqoq və siyasətçi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı.

Həyatı Bəhruz Məmmədov 23 fevral 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. Ailəlidir, 2 qızı və 1 oğlu var.

Təhsili 1981–1986-cı illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Qeyri-üzvi maddələrin texnologiyası" ixtisası üzrə ali təhsil almışdır.

2000–2004-cü illərdə Naxçıvan Dövlət Universitetində "Ali məktəbdə kimya fənninin tədrisində fizika elementlərindən istifadənin vasitələri, yolları və didaktik imkanları" mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 15 sentyabr 1986-cı ildə Sumqayıt Superfosfat zavodunda başlamışdır. 1990-cı ilə qədər həmin müəssisədə növbə rəisi, şöbə rəisi və sex rəisinin müavini vəzifələrində çalışmışdır.

26 noyabr 1990-cı ildən etibarən Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərir. Müxtəlif dövrlərdə müəllim, baş müəllim, dosent, dekan və kafedra müdiri vəzifələrində işləmişdir.

15 oktyabr 1997-ci il tarixdən "Kimya" kafedrasında 0,5 ştat müəllim, 01 iyul 1999-cu il tarixdən isə tam ştat müəllim işləmişdir. 01 iyul 2000-ci il tarixdən "Təməl-tibb fənləri" kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsinə təyin edilmişdir.

30.05.2007-ci il tarixdə Təməl tibb fənləri kafedrasına dosent vəzifəsinə təyin edilmişdir.

09.09.21-ci ildə Kimya kafedrasına 0,5 ştat dosent vəzifəsinə keçirilmişdir.

2003–2016-cı illərdə Tibb fakültəsinin dekanı vəzifəsində işləmişdir. Daha sonra 2016–2020-ci illərdə Əczaçılıq və stomatologiya, eləcə də 2020–2021-ci ildə Əczaçılıq və biokimya kafedralarına rəhbərlik etmişdir.

2021-ci ildə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı seçilmişdir.

Hal-hazırda Kimya kafedrasının tam ştat dosenti vəzifəsində işləyir. 2025-ci ildən universitetin Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatının sədridir.

Siyasi fəaliyyəti Bəhruz Məmmədov VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır (29 saylı Naxçıvan şəhər seçki dairəsi, 1 sentyabr 2024).

Ali Məclisdə: 2024-cü ildə İntizam Komissiyasının sədr müavini 2025-ci ildə İntizam Komissiyasının sədri 2026-cı ildən Hesablayıcı Komissiyanın sədri

Həmçinin: 2024–2025-ci illərdə İqtisadi siyasət komitəsinin üzvü 2025-ci ildən Hüquq siyasəti komitəsinin üzvü

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltifləri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi — 2024 "Qabaqcıl təhsil işçisi" döş nişanı — 2007

İstinadlar

Xarici keçidlər Naxçıvan Dövlət Universiteti

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Naxçıvan Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatları Kateqoriya:Naxçıvan Dövlət Universitetinin məzunları