Laura Martinozzi (; ) — XI Modena və Reccio hersoginyası.
1639-cu ildə Fanoda italyan zadəgan Girolama Martinozzinin ailəsində doğuldu. Ailəsi Papalıq sarayında xidmət edirdi və bu səbəblə Roma-Katolik kilsəsiylə sıx əlaqədə olan ailədə böyüdü. 1653-cü ildə böyük bacısı Anna Mariya və dul anasıyla birlikdə Parisə köçdülər. Burada dayısı kardinal Mazarinin himayəsinə girdilər. Dayısı onu ilk öncə Savoyya hersoqu II Karl Emmanuellə evləndirmək istəsə də, bu evlilik planı baş tutmadı.
1655-ci ilin aprelində Lauranın evliliyi ilə bağlı yeni bir razılığa gəlindi. 30 mayda tərəflərin vəkalətən nigahı bağlandı. 13 iyunda Parisdən ayrılan Laura 16 iyulda Modenada təntənəli bir mərasimlə qarşılandı. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Françesko d'Este (1657-1658) Mariya d'Este II Françesko d'Este 1658-ci ildə ərinin taxta çıxmasıyla Modena və Reccio hersoginyası oldu. Ancaq bu dövr qısa sürdü. 1662-ci ildə ərinin vəfatıyla dul qaldı. 2 yaşlı oğlu II Françesko d'Este adıyla taxta çıxarıldı və Laura Martinozzi naibə təyin edildi. 1674-cü ilədək bu vəzifəsini davam etdirdi. 1676-cı ilin yanvarında Romaya köçdü və 3 il burada oğlundan incik şəkildə yaşadı. Roma-Modena-London arasında tez-tez səyahətlər etdi. 1687-ci ildə Romada vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:İtaliya qadınları Kateqoriya:D'Este