Alay rayonu (qırğ. Алай району) — Qırğızıstanın Oş vilayətində yerləşən inzibati vahiddir. Rayonun mərkəzi Gülçə şəhəridir.

Tarixi 1928-ci ildə Alay-Gülçə rayonu kimi yaradılmışdır. 1936-cı ildə həmin ərazi iki rayona — Alay və Çon-Alay rayonlarına bölündü. 23 iyul 1958-ci ildə hər iki rayon yenidən Alay rayonu adı altında birləşdirildi. Ведомости Верховного Совета СССР. № 18 (913), 1958 г. 1958-ci il oktyabrın 29-da isə Gülçə rayonu Alay rayonuna birləşdirildi. Ведомости Верховного Совета СССР. № 31 (926), 1958 г.

1992-ci ildə Qırğızıstanın müstəqilliyi elan edildikdən sonra, rayon yenidən iki hissəyə — şərqi Alay və qərbi Çon-Alay rayonlarına bölündü.

2008-ci il oktyabrın 5-də Nura kəndi yaxınlığında Rixter şkalası üzrə 8 bal gücündə zəlzələ baş verdi. Bu hadisə nəticəsində 42-si uşaq olmaqla, ümumilikdə 75 nəfər həlak oldu.

Coğrafiyası Rayonun sahəsi 7582 km² təşkil edir ki, bu da Oş vilayətinin ümumi sahəsinin 26 %-i deməkdir. Alay rayonu iki vadinin — Alay və Gülçə vadilərinin hüdudlarında yerləşir. Rayonun ərazisində, Çin ilə sərhəddə "İrkeştam-avtomobil yolu" keçid-nəzarət məntəqəsi yerləşir.

Əhalisi 1989-cu il Ümumittifaq siyahıyaalınmasının məlumatlarına görə, Alay rayonunun sərhədləri daxilində (1959–1992-ci illərdə onun tərkibində olmuş Çon-Alay rayonu da daxil olmaqla) 66 858 nəfər yaşayırdı. 2007-ci ildə rayon əhalisinin sayı 72 110 nəfər təşkil etmişdir ki, onların da 71 901 nəfəri və ya 99,6%-i qırğızlardır.

İnzibati ərazi bölgüsü Rayonun tərkibinə 65 kənd yaşayış məntəqəsinin yerləşdiyi 14 kənd (ayıl) dairəsi daxildir.:

1.K. Belekbayev adına Alay kənd (ayıl) dairəsi: Sopun-Korqon kəndi (mərkəz), Askalı, Ceryetal, Kolduk, Tarqalak, Terek, Çiy-Tala.

2.Budalıq kənd (ayıl) dairəsi: Qara-Su kəndi (mərkəz), Qaynama, Tamğa-Terek, Qum-Şoro, Oktyabr, Oro-Döbə.

3.Büləlü kənd (ayıl) dairəsi: Qoşuluş kəndi (mərkəz), Kiçi-Büləlü, Göl-Çatı, Çon-Büləlü.

4.Gülçə kənd (ayıl) dairəsi: Gülçə şəhəri (mərkəz), Qara-Bulaq, Cılı-Su, Daş-Qoru, Çaxmaq, Qurmancan Datka.

5.Coşolu kənd (ayıl) dairəsi: Canı-Turmuş kəndi (mərkəz), Ayu-Tapan, Kommunizm, Lenin-Col, Miyazdı, Orta-Su, Osoaviaxim, Qara-Toxtu.

6.Qonur-Döbə kənd (ayıl) dairəsi: Boz-Qarağan kəndi (mərkəz), Yar-Qışlaq, Qara-Şoro, Arpa-Tektirdə, Qızıl-Oy.

7.Qabılan-Göl kənd (ayıl) dairəsi: Qabılan-Göl kəndi (mərkəz), Güngey, Qara-Yığac, Quruluş.

8.Korul kənd (ayıl) dairəsi: Toqquz-Bulaq kəndi (mərkəz), Gen-Cılğa, Birinci May, Aral.

9.Lenin kənd (ayıl) dairəsi: Soğundu kəndi (mərkəz), Qaqarin adına, Gün-Elek, Murdaş.

10.Taldı-Su kənd (ayıl) dairəsi: Taldı-Su kəndi (mərkəz), Arça-Bulaq, Gök-Bulaq, Qurqaq, Sarı-Moğol.

11.Sarı-Moğol kənd (ayıl) dairəsi: Sarı-Moğol kəndi (mərkəz).

12.Üç-Döbə kənd (ayıl) dairəsi: Kiçi-Qaraqol kəndi (mərkəz), Ağ-Bozoqo, Ağ-Cay, Gecigə, Qızıl-Alay, Çon-Qaraqol.

13.Canı-Alay kənd (ayıl) dairəsi: Canı-Alay kəndi (mərkəz), Canı-Arıq.

14.Sarı-Daş kənd (ayıl) dairəsi: Sarı-Daş kəndi (mərkəz), Gök-Su, Nura.

İstinadlar