Vedat İşıkhan — (20 yanvar 1966, Mardin) — Türk akademiki və siyasətçi. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.

Həyatı 20 yanvar 1966-cı ildə Mardinin Artuklu vilayətində anadan olub.

Təhsili İşıqhan ibtidai və orta təhsilini İzmirdə almış, Hacettepe Universitetində bakalavr, magistr və PhD təhsilini davam etdirmişdir.

1993-cü ildə Hacettepe Universitetini magistr dərəcəsi ilə tamamlamışdır.

1998-ci ildə doktorluq (PhD) dərəcəsini almışdır. İxtisasları: Stressin idarə edilməsi, Sosial işlər və Sosial siyasətlər idi.

Elmi adları İşıqhan 2003-cü ildə Dosent, 2009-cu ildə isə Professor oldu. Tədqiqat maraqlarına aşağıdakılar daxildir: İdarəetmə ilə bağlı stress, iş yerində stress və mübarizə mexanizmləri, əlil uşaqların valideynlərinin depressiyası, Türkiyədə əqli qüsurlu uşaq analarının üzləşdiyi çətinliklər, vərəm xəstələrinin ümumi xüsusiyyətləri, onkologiyada tükənmişlik və mübarizə mexanizmləri və stressin idarə edilməsi.

Karyerası İşıqhan əmək fəaliyyətinə Hacettepe Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsinin Sosial iş şöbəsinin işçisi kimi başlayıb. Universitetin Ailə Xidmətləri Tətbiq Mərkəzində direktor müavini işlədikdən sonra 3 il kafedraya rəhbərlik etmiş, eyni zamanda fakültənin dekan müavini vəzifəsində çalışmışdır.

2012-ci ildə İşıkhan Ailə və Sosial Siyasətlər Nazirliyinin ASDEP proqramının (Ailəyə Sosyal Dəstək) koordinatoru olub.

2015-2018-ci illər arasında AK Partiya sədrinin Sosial siyasətlər üzrə müşaviri vəzifəsində çalışıb və 2018-ci il oktyabrın 8-də Prezidentin Sosial Siyasətlər Şurasının üzvü təyin edilib.Vedat Işıkhan kimdir? Yeni Çalışma ve Sosyal Güvenlik Bakanı Vedat Işıkhan oldu

17 dekabr 2021-ci ildə İşıkhan prezidentin Sosial siyasət şurasının sədr müavini təyin olundu, bununla bərabər Hacettepe Universitetində müəllim kimi vəzifəsini davam etdirirdi.

2018-ci il oktyabrın 8-də Prezident yanında Sosial Siyasət Şurasının üzvü təyin olundu.Prof. Dr. Vedat Işıkhan Yeşilay Bilim Kurulu Üyesi

Prezident Ərdoğanın 2023-cü il Türkiyə prezident seçkilərindəki qələbəsindən sonra İşıqhan Əmək və Sosial Müdafiə naziri təyin edilib."67. Türkiye Hükûmeti kabine listesi" (PDF)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə vəzifəli şəxslər Kateqoriya:Türkiyənin dövlət xadimləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Hacettepe Universitetinin məzunları Kateqoriya:Türkiyə professorları Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri