Yüksəliş müsabiqəsi — Azərbaycanda kadr ehtiyatı bankının yaradılması üçün keçirilən müsabiqə.

Hüquqi baza 26 iyul 2019-cu ildə "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Burada qeyd edilir ki, idarəçilik və intelekt baxımından yüksəksəviyyəli kadrların müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması üçün bu müsabiqə keçirilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Təşkilat Komitəsinin sədri təyin edilmişdir. Mikayıl Cabbarov isə Təşkilat Komitəsinin üzvlərindən biridir. Gənclər və İdman Nazirliyi isə müsabiqəni icra edən tərəf olaraq seçilmişdir.

Müsabiqə şərtləri və dəyərləri Müsabiqədə Azərbaycan vətəndaşı olan, 21–51 yaş arası, ali təhsilli və 2 illik idarəetmə təcrübəsi olan şəxslər iştirak edə bilər. Vətənə xidmət, dürüstlük, obyektivlik, həmrəklik, fürsət yaratmaq, insan mərkəzlilik və yolgöstərənlik müsabiqənin dəyərləridir.

Finalçılar və qaliblərin iştirak etdiyi tədbirlər

Beynəlxalq danışıqlar Yüksəliş müsabiqəsi qaliblər Azərbaycan dövlətinin beynəlxalq danışıqlarında iştirak edir. Bunlara, Sofiyada keçirilən İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası və Şuşada Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası daxildir.

Mir Cəlal Paşayevin evinə ziyarətlər

2026-cı ildə "Yüksəliş" müsabiqəsinin finalçıları üçün "Ədibin Evində Yüksəliş" silsilə görüşləri keçirilməsi planlaşdırılmışdır. Müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər "Ədibin Evi"ndə azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və bu dəyərlərin idarəçilikdə rolu ilə bağlı müzakirələr aparacaqlar. 31 yanvar 2026-cı ildə keçirilən ilk görüş akademik Nizami Cəfərovun təqdimatında "Azərbaycan dilinin ideoloji əsasları" mövzusuna həsr edilmişdir. 2 mart 2026-cı ildə "Milli mətbuatın yaranması və sənaye diskursu" haqqında mühazirə keçirilmişdir.

21 aprel 2026-cı ildə Yüksəliş müsabiqəsi qalibləri ilə görüşdə Aqil Məlikov "Mir Cəlalla ədəbiyyat səhifələrinə" mövzusuna toxunmuşdur. Aqil Məlikov və muğam triosu Füzuli qəzəlləri ilə muğam parçalarını ifa etmişdir. Daha sonra Mir Cəlalın "Füzuli Sənətkarlığı" elmi əsəri professor Tərlan Quliyev tərəfindən şərh edilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Mir Cəlalın 1958-ci ildə nəşr edilmiş "Füzuli sənətkarlığı" əsəri Azərbaycan ədəbiyyatşünaslığında poetika məktəbinin əsasını qoyan fundamental tədqiqatlardan biri hesab edilir.

İstinadlar

Kateqoriya:Müsabiqələr