Əmirvar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim "Əmir" (şəxsi ad) və "var" (yer) sözlərindən düzəlib, "Əmirdə var" mənasındadır. Belə güman edilir ki, kəndin ərazisində əvvəllər Əmir adlı şəxsin buğda dəyirmanı varmış, ətraf yerlərdən buğda lazım olanlara "Əmirdə buğda var- Əmirdə var- Əmirvar" olarlaq təkmilləşib. sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Qabaqtəpəçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994361812552009↗496↗238↗258
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Əmirvar kənd kitabxana filialı, Əmirvar kənd Mədəniyyət Evi, Əmirvar kənd klubu fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Əmirvar kənd H. Qasımov adına tam orta məktəb və Əmirvar -Əhmədli kənd ümumi orta məktəbləri fəaliyyət göstərir. 2013-cü ildə ərazidə fəaliyyət göstərən məktəblərin hər ikisi yeni tikilərək istifadəyə verilib.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Əmirvar kənd tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Əmirvar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri