Beşiktaş–Qalatasaray rəqabəti — Süper Liqanın ən uğurlu iki klubu olan "Beşiktaş" və "Qalatasaray"ın iştirak etdiyi Türkiyə futbol rəqabəti. Bu qarşıdurma eyni zamanda İstanbul klubları arasında baş tutan çoxsaylı yerli derbilərdən biri hesab olunur.

Tarixi İki komanda arasındakı ilk oyun 22 avqust 1924-cü il tarixində İstanbul Futbol Liqası çərçivəsində baş tutmuşdur. Taksim stadionunda keçirilən həmin görüş "Beşiktaş"ın 2–0 hesablı qələbəsi ilə başa çatmışdır. Galatasaray isə Beşiktaş üzərində ilk qalibiyyətini 31 iyul 1925-ci il tarixində İstanbul Futbol Liqasının yarımfinal mərhələsində rəqibini 6–1 hesabı ilə məğlub edərək əldə etmişdir.

"Beşiktaş" ilə "Qalatasaray" arasında 2013–2014-cü illər mövsümünün 5-ci həftəsində tamaşaçı rekordunun qırıldığı derbi, baş verən hadisələr səbəbindən yarımçıq qalmışdır. 22 sentyabr 2013-cü il tarixində Atatürk Olimpiya Stadionunda "Beşiktaş"ın ev sahibliyi ilə keçirilən qarşılaşmada "ağ-qaralar" 18-ci dəqiqədə Huqo Almeydanın vurduğu qol ilə birinci hissəni 1–0 hesablı üstünlüklə tamamlamışdır. "Qalatasaray" 59-cu və 72-ci dəqiqələrdə Didye Droqbanın vurduğu qollarla hesabda önə keçmişdir. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələr oynanılan zaman 90+2-ci dəqiqədə "Qalatasaray"ın oyunçusu Felipe Melonun qırmızı vərəqə almasından sonra meydana çox sayda azarkeş daxil olmuşdur. Hadisə ilə əlaqədar oyunun hakimi Fırat Aydınus qalan 2 dəqiqəni oynatmadan soyunma otağına yollanmış və oyunu dayandırmışdır. Türkiyə Futbol Federasiyası derbinin nəticəsini 3–0 hesabı ilə "Qalatasaray"ın xeyrinə texniki qələbə olaraq təsdiq etmişdir.

"Beşiktaş" və "Qalatasaray" Türkiyənin ən populyar klublarından hesab olunur və hər iki tərəf həm ölkədaxili, həm də beynəlxalq oyunlarda onları müşayiət edən geniş azarkeş kütləsinə malikdir. Son illərdə azarkeşlər arasında futbol xuliqanlığı hallarına rast gəlinmiş, bu çərçivədə oturacaqların sındırılması, təhqiramiz ifadələr, fiziki qarşıdurmalar, pirotexniki vasitələrdən istifadə və küçə iğtişaşları qeydə alınmışdır. "Beşiktaş" azarkeşləri öz şüarları ilə tanınır və Avropanın ən çılğın tərəfdarlarından biri hesab olunur. "Qalatasaray" azarkeşləri də özünəməxsus şüarları ilə tanınaraq bu baxımdan Beşiktaş tərəfdarları ilə bənzərlik təşkil edirlər. "Bilyoner.com" tərəfindən 1,4 milyon insanın iştirakı ilə Türkiyədə azarkeşlik edilən komandaları müəyyən etmək məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, azarkeşlərin böyük əksəriyyətini 35% ilə "Qalatasaray", 34% ilə "Fənərbağça" və 19% ilə "Beşiktaş" tərəfdarları təşkil etmişdir.

Hər iki klub Türkiyənin ən uğurlu futbol klubu adı uğrunda bir-biri ilə rəqabət aparır. "Qalatasaray" qazandığı 59 rəsmi titul ilə "Beşiktaş"ın 35 titulunu geridə qoyaraq bu sahədə daha yüksək göstəriciyə malikdir və həmçinin, qarşılıqlı oyunlarda üstünlük təşkil edir. "Qalatasaray"ın nailiyyətləri sırasında 2000-ci il UEFA Kuboku finalındakı qələbə və 2000-ci il UEFA Super Kuboku mühüm yer tutur. Klub indiyədək bu titulları qazanan yeganə Türkiyə təmsilçisidir.

Mədəniyyət Hər iki klub İstanbulun Avropa hissəsində yerləşir. "Beşiktaş" klubu Beşiktaş bələdiyyəsində, "Qalatasaray" isə Qalatasaray səmtində təsis edilmişdir. Təbii olaraq, hər iki klub tərəfdarlarının böyük hissəsini yarandıqları ərazidən toplamışdır, lakin Türkiyənin qalan bölgələrində də əhəmiyyətli dərəcədə geniş azarkeş kütləsinə malikdirlər.

Azarkeş sayı + Rekordlar Sıra Azarkeş Tarix Oyun Stadion 1 76,127 22 sentyabr 2013 Beşiktaş – Galatasaray Atatürk Olimpiya Stadionu 2 70,847 3 avqust 2024 Galatasaray – Beşiktaş Atatürk Olimpiya Stadionu351,75028 oktyabr 2024Galatasaray – BeşiktaşRams Park 4 51,578 5 may 2019 Galatasaray – Beşiktaş Rams Park 5 50,463 6 may 2012 Galatasaray – Beşiktaş Rams Park 6 50,429 21 oktyabr 2023 Galatasaray – Beşiktaş Rams Park 7 50,304 29 aprel 2018 Galatasaray – Beşiktaş Rams Park 8 50,237 5 noyabr 2022 Galatasaray – Beşiktaş Rams Park 9 49,965 22 fevral 2014 Galatasaray – Beşiktaş Rams Park 10 49,817 26 fevral 2012 Galatasaray – Beşiktaş Rams Park

İstinadlar

Kateqoriya:1924-cü ildə Türkiyədə yarananlar Kateqoriya:Beşiktaş PFK Kateqoriya:Qalatasaray PFK Kateqoriya:Türkiyə Super Liqası