Redon Mihana () — Albaniyalı peşəkar futbolçu.
Hal hazırda Malta Premyer Liqasında çıxış edən "Marsaşlokk" klubunda vinger kimi oynayır.
Futbolçu yarımüdafiənin hər iki cinahında vinger kimi oynaya bilir.
Klub karyerası Mihana gənclik karyerasına 2014-cü ildə Laçi klubunda başlamış və bir mövsüm orada qaldıqdan sonra "Apoloniya Fiyer" klubuna keçmişdir.
2016–17 mövsümündə o, 19 yaşlılardan ibarət komandada 10 oyuna çıxmış və 4 qol vurmuşdur.
2024-cü ildə futbolçu karyerasında ilk dəfə legioner futbolçu kimi ölkə xaricinə çıxmışdır. Futbolçu 2014-cü ilin iyulunda Azərbaycan Premyer Liqası klubu olan Kəpəz klubuna ilə qoşulmuşdur. Gəncə klubu futbolçu ilə 1+1 illik müqavilə imzalamışdır. 26 iyul 2024-cü ildə "Kəpəz"in "Pelikan" klubu ilə yoxlama oyununda meydana çıxır və komandasının 4–0 qalib gəldiyi oyunda sonuncu qolu vurur. Ancaq futbolçunun "Kəpəz" karyerası uğurlu olmur və klubun ardıcıl uğursuzluqlarından sonra klubda baş məşqçi dəyişikliyi baş verir. Futbolçunun forması "Kəpəz"in yeni baş məşqçisi Azər Bağırovu qane etmədiyi üçün futbolçu əvəzedici heyətə göndərilir. 29 yanvar 2025-ci ildə futbolçu "Kəpəz" klubunu tərk edir.
Milli karyerası Mihana beynəlxalq səviyyədə debütünü baş məşqçi Eryon Boqdaninin rəhbərliyi altında Albaniya U-19 komandasında 30 avqust 2017-ci ildə Gürcüstan U-19 komandasına qarşı matçda etmişdir. O, Fiyerdəki Loni Papuçiu Stadionunda keçirilən və 1–0 hesablı qələbə ilə bitən oyunda start heyətində yer almışdır.
Karyera statistikası
Klub
+ Klub statistikasıKlubMövsümLiqaKubokAvropaDigərCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolApoloniya Fiyer2017–18Kategoriya e Pare6220——82Karyera cəmi6220——82
İstinadlar
Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular Kateqoriya:Albaniya Superliqası futbolçuları