Qaraqullar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin ilkin adı Ballıca olmuşdur. Sonralar kəndin əsasını qoymuş üç qardaşdan ən böyüyünün — Qaraqulunun adı ilə (hazırda kənddə qardaşların adını daşıyan üç nəsil vardır) adlanmışdır.

Tarixi Kəndin əsl adı Qaraqululardır. Yerli məlumata görə, yaşayış məntəqəsini Türkiyədən köçüb gəlmiş üç qardaş (Qaraqulu, Əfkar və Həsən) salmışdır.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) şimal-şərq yamacında yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994652312342009↗569↗289↗280

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Qaraqullar kənd kitabxana filialı, Qaraqullar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.

Təhsil Kənddə Daşkəsən rayon Qaraqullar kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Qaraqullar kənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qaraqullar kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri