Taylaq batır (), Çin mənbələrində Tay-le-ke (; ) — Qırğızıstan siyasi və hərbi xadimi. O, Kaşqariyada Sin əleyhinə hərəkatın fəal iştirakçısı, həmçinin Kokand xanlığına qarşı mübarizədə qırğızların əsas rəhbərlərindən biri hesab edilmişdir.

Həyatı

Anadan olması Taylaq batır 1796-cı ildə Narın vilayətinin Ak-Tala rayonunda anadan olmuşdur. O, erkən yaşlarından hərbi münaqişələrdə iştirak etmiş, Sin imperiyasının təsirinə qarşı mübarizə aparmışdır. Bu azadlıq hərəkatında Taylaq batırın qardaşı Atantay da fəal iştirak etmişdir.

Xilas edilməsi Məşhur bir Çin məmurunun oğlu Buxara və Səmərqənd səyahətindən qayıdarkən Çatır-Göl yaxınlığında Canbolatın igidləri ilə qarşılaşmışdır. Çin dilini anlamadıqları üçün qırğız igidləri gənci Çin casusu hesab etmiş və bə onu öldürmüşdülər. Oğlunun ölüm xəbərini alan məmur qatili tapmaq məqsədilə Tenir-Tooya əsgərlər göndərmişdir. Canbolatın düşmənlərindən birinin bu barədə məlumat verməsi nəticəsində o, tutularaq Çinə aparılmışdır. Üç il sonra Canbolatın qardaşı Tobok Alıp onu axtarmaq üçün Çinə yollanmış və qardaşını həmin məmurun yanında tapmışdır. Tobok Alıpın fiziki gücünə bələd olan məmur ona bir şərt irəli sürmüşdür. Əgər o, Çin pəhləvanının (balban) üç zərbəsinə dözüb yıxılmazsa, hər iki qardaş azad ediləcək, əks halda isə o da zindana atılacaq. Tobok Alıp bu sınağa razı olmuş, üç zərbəyə dözərək Canbolatı Çin əsarətindən xilas etmişdir.Саяк Намэ. Научные исследования — Т. Жолдошбек, П. Турар. — 2014. — С. 12–13.

Cahangir xoca üsyanı

thumb|Kaşqar uğrunda döyüş.

1820-ci ilin payızında Cahangir xoca bir neçə yüz qırğızın müşayiəti ilə Şərqi Türküstana daxil olmuş, dörd il sonra isə qırğızlarla birlikdə Alay dağlarından enərək Mancuriyanın Uluq postuna hücum etmişdir. Qırğız qoşunlarına batırlar Taylaq və Baybaxaş rəhbərlik etmişdirlər. 1825-ci ildə Tsin qoşunlarının komandanı Bayan-Batu bu basqına qisas olaraq qırğız məskənlərinə hücum etmiş, lakin Taylaq batırın komandanlığı altındakı qüvvələr Karoo dərəsində Sin ordusunu darmadağın etmişdir. Məğlubiyyətdən sonra Bayan-Batu özünə qəsd etmişdir.

Mədəli xan (hakimiyyəti: 1822–1842-ci illər) xocalara maliyyə və hərbi cəhətdən yardım göstərmiş, uyğur üsyançılarını dəstəkləmək üçün 10 min nəfərlik qoşun göndərmişdir. Fərqanə qırğızları, köçəri özbəklər və dağ taciklərindən ibarət olan bu qüvvələr 1826-cı ildə Kaşqarı tutmuş, ardınca Yarkənd və Xotan azad edilmişdir. Eyni zamanda Aksu və Üçturfan mühasirəyə alınmışdır, lakin Mədəli xan ilə Cahangir xoca arasındakı şəxsi ədavət vəziyyəti mürəkkəbləşdirmişdir. Ağdağlı xocanın İssık-kul qırğızları ilə də münasibətləri pisləşmiş və sonuncular Fərqanəyə çəkilmişdilər. 1827-ci ildə Sin hökuməti üsyanı yatırmaq üçün cəza dəstələri göndərmişdir. Sin qoşunları Kaşqara yaxınlaşdıqda Cahangir xoca Narın qırğızlarına sığınmışdır. 1828-ci ilin martında mancurlar Kaşqarı yenidən işğal etmiş, Cahangir xoca isə dağlara çəkilmişdir. Bu dövrdə uyğurlar ilə qırğız-Kokand qoşunları arasında, eləcə də uyğurların öz daxilində ziddiyyətlər baş qaldırmışdır. İshaqi xocalar afaqilərə dəstək vermək əvəzinə Sin hakimiyyətini qəbul etməyə daha meyilli olmuşdular. 1828-ci ilin yayında Cahangir xoca əsir götürülərək Pekinə aparılmış və orada ağır işgəncələrlə edam edilmişdir.

Kokand xanlığı ilə mübarizə 1830-cu illərdə Taylaq batırın rəhbərliyi altındakı qırğızlar Kokandın 7 minlik qoşununun qarşısını kəsmişdilər. 1837-ci ildə Kokand xanı Mədəli qırğız torpaqlarına qarşı genişmiqyaslı hücuma keçmişdir. Bundan əvvəl o, Osmanlı sultanı II Mahmudun yanına elçilər göndərmiş hərbi təlimatçıların verilməsini, Kokand xanlığının bölgədə dominant mövqeyinin tanınmasını və qırğızların Kokanda tabe edilməsi üçün dəstək istəmişdir. Mədəli xan minbaşı Haqqulunu öldürmüş və onun yerinə Ərəb batırı təyin etmişdir, lakin Ərəb batır Jazı və Biçan vadilərində Taylaq batırın başçılıq etdiyi qırğızlar tərəfindən məğlubiyyətə uğradılmışdır. Çin mənbələrində qırğızların Kokand məmuru Kulaçkanı da öldürdükləri qeyd edilmişdir. 1838-ci ildə keçirilən ümumqırğız qurultayında Taylaq batır xan elan edilmişdir, lakin kokandlılar həkim Kor-Akim vasitəsilə onu zəhərləyərək öldürmüşdülər. 1839-cu ildə onun silahdaşı Çonq-Medet qəfildən vəfat etmiş, kokandlılar Qanay batırı da aradan qaldırmışdılar. Belə bir böhranlı vəziyyətdə qırğızlar Ormonu özlərinə xan seçmişdilər.

Mirası 30 iyul 2016-cı il tarixində Son-Göl yüksək dağ vadisində Taylaq batırın anadan olmasının 220 illiyi qeyd edilmişdir.

İstinadlar

Xarici keçidlər Новая литература Кыргызстана Kateqoriya:Qırğızıstan tarixi