Kəmalə Əmirxanova — Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq hakimi.
Həyatı 1965-ci ildə Azərbaycanda anadan olub.
1987-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1987–1989-cu illərdə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert, baş ekspert vəzifələrini icra edib.
1993–1994-cü illərdə Baş Prokurorluqda Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin cinayət işləri üzrə şöbəsinin prokuroru olub.
1994–2000-ci illərdə Baş Prokurorluqda Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru vəzifələrini icra edibdir.
2000–2008-ci illərdə Baş Prokurorluqda Hüquqi təminat şöbəsinin prokuroru olub.
2008–2013-cü illərdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi kimi calışıb.
2013-cü ildən 2022-ci ilədək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
2022-ci ildə səlahiyyətinə xitam verilib.Üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi
2023-cü ildən fəaliyyətini vəkil kimi davam etdirir.
Xarici keçidlər Hakim Kəmalə Əmirxanovadan qanunsuz addım — GİLEY Türkiyəli iş adamının biznesi çökdürüldü: Nərimanov Məhkəməsi sabiq məmura niyə qahmar çıxır? Prezident bu hakimlərlə bağlı sərəncam imzaladı Prezident bu hakimlərin səlahiyyətlərinə xitam verdi — SƏRƏNCAM
İstinadlar