Ayşə Altıntac və ya Minbaşı Ayşə () — Türkiyə İstiqlaliyyət müharibəsinin xalq qəhrəmanlarından biri.

O, Ayşə Çavuş adı ilə də tanınır. Şəhid olmuş bir mayorun həyat yoldaşı olan Ayşe xanım, İzmirin işğalından sonra atlı süvari dəstəsi yaradaraq Aydın bölgəsindəki müqavimət hərəkatına qoşulub. Könüllü dəstələrlə birlikdə apardığı mübarizəni daha sonra öz dəstəsi ilə nizami ordunun rəsmi bir hissəsi kimi davam etdirib. 9 sentyabr 1922-ci ildə İzmirə daxil olan Türk hərbi birləşmələrinin heyətində yer alıb. Həyatı Ayşə Çavuş, Saloniki əsilli mühacir bir ailənin qızı olaraq İzmirdə yaşayıb. Osmanlı ordusunda minbaşı olan həyat yoldaşı Balkan müharibələrində şəhid olub. Həyat yoldaşının qisasını almağa and içən Ayşə xanım, Birinci Dünya müharibəsindən Osmanlı dövlətinin məğlub ayrılması və İzmirin işğalından sonra uşaqlarını təhlükəsiz hesab etdiyi Uşaka göndərir. Özü isə zinət əşyalarını sataraq, silah alıb və işğallara qarşı təşkilatlanmış Milli Mücadilə hərəkatəna qoşulmaq üçün Aydın şəhərinə gedir. Böyük oğlu və kürəkəni də ona qoşulur, onlar birlikdə dilənçi qiyafəsində kənd-kənd gəzərək gəncləri Milli Mücadiləyə qatılmağa təşviq edirlər. Nəticədə 280 gənc Milli Mücadiləyə qoşulmağa razı saldıqdan sonra, atlı suvari dəstəsi yaradaraq Turqutluya gəlirlər. Lakin buranın yunanlar tərəfindən işğal edildiyini görüb Salehliyə qayıtmalı olurlar. Burada, sayları 350 nəfərə çatan dəstə, Köpəkçi Nurinin dəstəsinə qoşulur.

Yunanların 400 nəfərlik dəstə ilə Dəmirçini işgal etdiyi xəbərini alan Ayşə xanım, öz dəstəsi ilə qəfil hücum təşkil edərək onları geri oturtdu və Simava keçdi. Simavda Qüvayi-milliyə komandanından Milli Mücadilənin rəhbəri Mustafa Kamal Paşanın onunla tanış olmaq istədiyini öyrənincə Ankaraya getdi. Onu mükafatlandırmaq istəyən Paşaya tək arzusunun vətənin qurtuluşu olduğunu bildirən Ayşə xanım, Ankarada ona qoşulan əlli dörd könüllü ilə birlikdə Kütahyaya yollandı.

Gedizin işğal olunduğunu öyrəndikdən sonra, Həmidiyə körpüsündə pusu quraraq üç yunan əsgərini öldürən Minbaşı Ayşənin dəstəsi maşın sürməyi bilmədiklərindən avtomobili atlara çəkdirərək Ordu komandanlığına qədər gətirdilər. Ona "Ayşə Çavuş" ləqəbi məhz bu qəhrəmanlığına görə verilib.

Birinci və İkinci İnönü döyüşlərində, həmçinin Sakarya döyüşündə iştirak edənx birlikdə döyüşdüyü oğlu və kürəkənini ardıcıl olaraq Gediz və Dəmircidə şəhid verən, ardından Sakarya döyüşündə qasıq nahiyəsindən yaralanan Ayşə Xanım, həm dincəlmək, həm də uşaqlarını görmək üçün Ankaraya gələrək silahı və atlarını təhvil verib. O, Ankarada Mustafa Kamal Paşa ilə görüşüb. "Vakit" qəzetində 5 fevral 1922-ci il tarixində "Yunanların İzmirə daxil olmasından sonra kənd-kənd gəzərək könüllülər toplayan və Turqutlu ilə Dəmircidə düşmənə mühüm zərbələr endirən qəhrəman qadının dastanı" başlığı ilə dərc olunmuş yazının qəhrəmanı olub. Bu yazı onun müsahibəsi əsasında yazılıb. Müsahibəni alan Lütfi Arifə görə, Ayşə xanım sarıbəniz, tatar çöhrəli, təxminən 55 yaşlarında və ortaboylu qadın olub. Əslən Prizrenli olan Ayşə xanım Balkan müharibəsindən sonra Kasabaya yerləşib. Dörd oğlan və bir qız övladı olub.

Ayşə xanım həm Böyük hücumda, həm də Dumlupınar döyüşündə vuruşub. O, 9 sentyabrda İzmirə daxil olan birliklərin tərkibində ayağı yaralı olsa da, iştirak edib.

Müharibədən sonra, 1925-ci ilin iyun ayında gəzməyə gəldiyi İstanbulda bir qəzetə, üzərində süvari forması ilə verdiyi müsahibəsində Ayşə xanım bunları deyib: "Allaha şükürlər olsun ki, bu gün böyük Qazimizin sayəsində arzumuza çatdıq. Vətənimiz xilas oldu. Vaxtilə düşman tapdağı altında inləyən torpaqlarımızda indi sərbəst və başıuca gəzə bilirəm".

Soyad Qanunundan sonra Ayşə xanım Altıntac soyadını götürüb (bəzi mənbələrdə bu soyad Altındaş kimi də qeyd olunur).

1942-ci ildə İzmirdən Ankaraya müalicə üçün gələn Ayşə Altıntac Mərkəzi Bankda xidmətçi kimi işləyib. 1948-ci ilin məlumatına görə, 65 lirə maaşla dolanan Ayşə xanımın maddi çətinliklər ucbatından 1949-cu ildə vəfat edib.

Həmçinin bax Həlimə Çavuş Rahimə Xatun İstinadlar

Kateqoriya:1949-cu ildə vəfat edənlər Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar