I Ramiro (; ) — Navarra kralı III Sançonun nikahdan kənar oğlu, I Araqon kralı.

Atasının 1035-ci ildə ölümündən sonra krallıq parçalandı və Ramiro Araqon qraflığına məxsus bir çox mülkü miras aldı. İlk başda ögey qardaşlarının vassalı kimi davransa da, qısa zaman sonra torpaq genişləndirmə siyasəti yürütdü və bu istiqamətdə qardaşlarına məxsus mülkləri də ələ keçirdi. 1043-cü ildə suverenliyini elan etdi.

22 avqust 1036-cı ildə Biqorr qrafı Bernard-Qocerin qızı Qisberqa ilə evləndi. Sonradan xanımı Ermesinda olaraq adını dəyişdirdi. Cütlüyün bu nikahdan 5 övladı doğuldu.

Sanço Ramirez Qarsiya Ramirez, Xaka rahibi Tereza, Provans qrafinyası Sança, Urqell qrafinyası Urraka, rahibə

Xanımının vəfatından sonra (1049), 1054-cü ildə Akvitaniyalı Aqneslə evləndi. Cütlüyün bu nikahdan övladı olmadı.

Qraus şəhəri uğrunda gedən döyüşlərdə 1063-cü ildə həlak oldu.

Mənbə

Ədəbiyyat

İstinadlar Kateqoriya:XI əsr Avropa hökmdarları