Farkə () — Albaniyanın mərkəzində, Tirana vilayətində kənd (inzibati vahid) və keçmiş bələdiyyə. 2015-ci il yerli idarəetmə islahatından sonra Tirana bələdiyyəsinin inzibati vahidinə çevrilmişdir.

2023-cü ilin siyahıyaalınmasına əsasən əhalisi 36,266 nəfərdir.

Tarixi Kənd haqqında məlumatlara, Albaniyanın tanınmış ailələrindən olan Vorpsi ailəsi haqqında olan tarixi mənbələrdə rast gəlinir. Vorpsi ailəsi Tiranaya köçməzdən əvvəl Farkədə məskunlaşmışdı. Qeydlər göstərir ki, Vorpsi ailəsinin müəyyən bir qolu Farkədə qərarlaşmış və soyadlarını Fuşa olaraq dəyişdirmişdir. Ərazinin Farkə-Lunder bölgəsində "Zalli i Vorpsve" adlı bir yer var ki, bu da onların burada tarixi məskunlaşmasını sübut edir. Bəzi qeydlərə görə, bura Vorpsi ailəsinin son yaşayış yeridir, ta ki ailənin oğullarından biri İslam Vorpsi (1650–1710) Süleyman Barqcininin dəvəti ilə həyat yoldaşı Əminə ilə birlikdə Tiranaya köçənə qədər. Bu da insanlarda İslam Vorpsinin Farkədə doğulduğu və həyat yoldaşının da eyni bölgədəki qonşu kəndlərdən birindən ola biləcəyi fikrini yaradır.

Əhalisi 1950-ci ildə əhalisi 842 nəfər olan inzibati vahiddə, 2023-cü ilin siyahıya alınmasına görə 36 266 nəfər əhali yaşayır.

İstinadlar

Kateqoriya:Tirananın inzibati vahidləri Kateqoriya:Albaniya şəhərləri