Аккaqaz Dosjanova (; ) — elmi tədqiqatçı, ictimai xadim, Qərbi Alaş Orda qoşunlarının kəşfiyyatçısı olmuş ilk qazax qadın həkimlərdən biri.

Həyatı Аккaqaz Dosjanova 1914-cü ildə Orenburq qadın gimnaziyasını bitirmiş, elə həmin il Moskva şəhərindəki tibb kurslarına qəbul olunmuşdur. Ümum-Rusiya Müsəlmanları Qurultayının (1–8 may 1917) nümayəndəsi olub. Birinci Dünya müharibəsi zamanı sanitar kimi Polşa ilə həmsərhəd bölgələrdə yaralılara kömək edib. O, 1920-ci ildə Tomsk Tibb İnstitutuna daxil olub. 1922-ci ildə Özbəkistan Milli Universitetinin (Daşkənd) tibb fakültəsini bitirib. Təhsil aldığı müddətdə ordinator-həkim kimi çalışıb.

18 dekabr 1922-ci ildə "Pravda" qəzeti Dosjanova haqqında yazırdı:

Аккaqaz Dosjanova həkimlik fəaliyyəti ilə yanaşı, həmçinin təşkilati və pedaqoji işlərlə də məşğul olub. O, Volqaboyundan Orta Asiya torpaqlarına təxliyə edilmiş ac qalan əhalinin məskunlaşdırılmasında da iştirak edib. Dosjanovanın tibbə dair neçə əsəri vardır. Onların sırasına: "Əyil tendigi", "Abay", "Jas azamat" kimi nəşrlər daxildir. 1930–1931-ci illərdə Almatı şəhərindəki 1 nömrəli xəstəxanada ginekoloq-həkim kimi çalışıb. Cəmi 39 il ömür sürmüş Аккaqaz Dosjanova 1932-ci ildə vərəm xəstəliyindən vəfat edib.

İstinadlar

Ədəbiyyat Қаңтарбаева Ж., Аккагаз Досжанова, А., 1976. Досжанова, Аккагаз // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — С. 195. — ISBN 9965-9746-3-2. Kateqoriya:Qazaxıstanda qadın hüquqları