Georq Fridrix Puxta () — alman hüquqşünası, Fridrix Karl fon Savinyinin davamçısı, Hüququn tarixi məktəbinin görkəmli nümayəndəsi.

Həyatı

Puxtanın atası Volfqanq Henriх Puxta (1769–1845) hüquqşünas və dairə hakimi olmuşdur. Gənc Puxta 1811-ci ildən 1816-cı ilə qədər Nürnberqdə gimnaziyada oxumuş, burada Hegelin əsərləri ilə tanış olaraq Hegelçilik cərəyanına maraq göstərmişdir. 1816-cı ildə Erlangen-Nürnberq Universitetinə daxil olmuşdur. Doktorluq dərəcəsi aldıqdan sonra 1820-ci ildə orada privat-dosent kimi fəaliyyətə başlamış, 1823-cü ildə isə hüquq üzrə ekstraordinar professor adını almışdır. 1828-ci ildə Münhendə Roma hüququ üzrə ordinar professor təyin edilmiş; 1835-ci ildə Marburqda Roma və kilsə hüququ kafedrasına rəhbərlik etmişdir. O, 1837-ci ildə Leypsiqdəki bu vəzifəsindən ayrılmış və 1842-ci ildə Berlin Universitetində görkəmli hüquqşünas Fridrix Karl fon Savinyinin xələfi olmuşdur.

1845-ci ildə Puxta Dövlət Şurasının və qanunvericilik komissiyasının üzvü seçilmişdir.

Elmi töhfəsi

Puxtanın əsərləri arasında qədim Roma hüququnun doqmatik mahiyyətini izah etdiyi Pandektlər dərsliyi () və qədim romalılarda hüququn üzvi inkişafı haqqında aydın təsəvvür yaradan İnstitusiyalar kursu () mühüm yer tutur. Digər əsərləri Adət hüququ () və Kilsə hüququna giriş () adlanır. Puxtanın Roma hüququnun müxtəlif sahələrinə dair 38 oçerkdən ibarət Kiçik mülki yazılar () məcmusu ölümündən sonra, 1851-ci ildə nəşr edilmişdir.

Həmçinin bax Hüququn tarixi məktəbi Roma hüququ Qustav Hüqo

İstinadlar

Ədəbiyyat siyahısı

.

Kateqoriya:Almaniya hüquqşünasları