thumb|Meydanda Kraliça Şarlottanın heykəli Kraliça Meydanı, Londonun mərkəzi Blumsberi rayonunda yerləşən, ətrafındakı binaların əksəriyyətinin tibbi-araşdırma qurumlaırna, xüsusən də nevrologiya ilə əlaqədar olan bağ meydanı.

Tikinti thumb|1786-cı ildə Edvard Deyes tərəfindən çəkilmiş Kraliça Meydanı. Şimaldakı tarlalar Hampstedə qədər uzanır. Sol ön planda Müqəddəs Əzabkeş Georq kilsəsi görünür. Burada Kraliçanın Anbarının yerləşdiyi Kosmo Meydanının arxasındakı evlər də görünür. Kraliça Meydanı əvvəlcə 1716 və 1725-ci illər arasında baronet Ser Con Katlerin (1608–1693) evinin bağçasında yaradılıb. Belə ki, Con Katlerin sonuncu uşağı Ledi Radnor 1697-ci ildə vəfat edib və onun səcərəsi qalmayıb. Meydan şimala Hempsted və Hayqeyt təpələrinin yaratdığı mənzərə üçün açıq qalıb. thumb|1812-ci ildə Kraliça Meydanı

Kraliça Şarlotta və III Georqun müalicəsi Əvvəlcə, Meydanın içərisindəki heykəlin Kraliça Annaya aid olduğu düşünülmüşdü. Bu heykəlin hazırda Kraliça Şarlottanın təsviri olduğuna inanılır.

Kraliça Şarlottanın əri Kral III Georq hakimiyyətinin sonlarında Kraliça Meydanındakı evdlərdən birində ruhi xəstəlikdən müalicə olunub. Əfsanəyə görə, meydanın cənub-qərb küncündə yerləşən və "Kraliça Anbarı" adlanan ictimai bina Kraliça Şarlotta tərəfindən Kralın müalicəsi zamanı ona yemək saxlamaq üçün istifadə olunub.

Əzabkeş Müqəddəs Georq kilsəsi 1706-cı ildə ictimai abunədən sonra inşa edilmişdir. 1747-ci ildən 1765-ci ilə qədər kilsənin keşişi məşhur antikvar Uilyam Stukeley idi və onun keşişi Povis hersoqunun iqamətgahının yanında yerləşirdi.