Mixail Mixayloviç Makovski (, ) — belaruslu keçmiş peşəkar futbolçu, məşqçi.

Bioqrafiya Mixail Makovski və onun əkiz qardaşı Vladimir futbolla Molodeçnoda məşğul olmağa başlayıblar, burada yerli Uşaq-Gənclər İdman Məktəbində onların rəhbəri Anatoli Beresnyov idi. 16 yaşlarında futbolçular Belarusun ikinci (o vaxtlar üçüncü adlanırdı) liqasının birinciliyində iştirak edən "Elektromodul" komandasına keçiblər. Bir dəfə bu komandanın oyununa Belarus milli komandasının gələcək məşqçisi, o vaxt Molodeçnonun digər klubu "Metallurq"u çalışdıran Sergey Borovski gəlir. Artıq növbəti mövsüm Makovski qardaşları yüksək liqada oynayan və qarşısına əvvəlki komandalarından daha ciddi vəzifələr qoyan "Metallurq"un rənglərini qoruyurdular. 1996-cı ildə sağ yarımmüdafiəçi kimi Minskin "Dinamo"suna qoşulur və onun tərkibində 1996-cı ilin Belarus vitse-çempionu olur və çempionatın ən yaxşı on bir oyunçusundan biri seçilir.

Daha sonra qardaşlar Kiyevin "Dinamo"suna keçirlər. 1999-cu ildə Makovski qardaşlarının yolları ilk dəfə ayrılır — Mixail Poltavanın "Vorskla"sına, Vladimir isə Kalininqradın "Baltika"sına yollanır. Lakin çox keçmədən əkizlər yenidən bir araya gəlirlər — Vladimiri qardaşının himayəsi ilə Poltava komandasının tərkibinə dəvət edirlər.

Daha sonra Kiyevin "MOİK", "Zakarpatye", Dinamo Minsk, İnter Bakı (Azərbaycan), "Darida", "Qorodeya", "Smorqon" klublarında çıxış edib.

"İnter" klubunun heyətində 2 il forma geyinib.

Avromeydan zamanı Kiyevdə olub. Makovski Avromeydana mənfi münasibət bəsləyirdi və Krımın Rusiya Federasiyası tərəfindən ilhaqını dəstəkləyirdi.

2014-cü ildə "İsloç" klubunun məşqçilər qərargahına daxil olub. 2017-ci ilin yanvarında komandanı tərk edib.

2017-ci ilin avqustunda birinci liqa klubu "Neman-Aqro"nun baş məşqçisi olub. "Neman-Aqro" 2017-ci ildə birinci liqada "Osipoviçi" FK-dan 12 xal geri qalaraq, 27–94 top fərqi ilə sonuncu yeri tutub.

16 fevral 2018-ci ildə "Molodeçno"ya rəhbərlik edib, lakin 3 gün sonra azarkeşlər və mətbuatla görüşə sərxoş vəziyyətdə gəldiyinə görə işdən çıxarılıb.

Nailiyyətləri

Komanda "Dinamo" (Minsk) Belarus çempionu: 1997 Belarus çempionatının gümüş mükafatçısı: 1996 Belarus Kubokunun finalçısı: 1995/1996 "Dinamo" (Kiyev) Ukrayna çempionu: 1997/1998; "İnter" (Bakı) Azərbaycan Kubokunun finalçısı: 2004/2005

Fərdi Belarus çempionatının ən yaxşı on bir oyunçusundan biri (1996)

İstinadlar

Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanda legioner Belarus idmançıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Belarus futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Vorskla Poltava FK futbolçuları