alt=Congresswoman Marcia fudge at an outdoor gathering holding a T-shirt in front of her which reads "Stay Woke" followed by a tick mark inside a box and the word "Vote"|thumb|ABŞ Konqresmeni Marsiya Fac 2018-ci ildə Vok () və ya Oyaq — 1930-cu illərdən və ya daha əvvəllərdən bəri irqi qərəz və ayrı-seçkilik ilə bağlı məlumatlanmanı ifadə etmək üçün istifadə edilən, afrroamerikan ingilis dilindən götürülmüş bir sifətdir və tez-tez stay woke (oyaq qal, ayıq ol) birləşməsində istifadə olunur. Termin 1970-ci illərdə müxtəlif siyasi mənalar qazanmış və 2010-cu illərdə #staywoke heşteqi ilə daha da məşhur olmuşdur. Vaxt keçdikdcə vok seksizm və LGBTQ hüquqlarının inkar edilməsi kimi sosial bərabərsizliklər barəsində daha geniş məlumatlanmanı ifadə etmək üçün də istifadə olunmağa başlamışdır. Vok həmçinin amerikan solunun kimlik siyasəti və sosial ədalətlə bağlı bəzi fikirlərində, məsələn, ABŞ-də ağdərililərin imtiyazları və köləliyə görə təzminatlar məsələlərində qısaldılmış ifadə kimi istifadə edilmişdir.

2014-cü ildə Ferqyuson etirazları zamanı "stay woke" (oyaq qal) ifadəsi, afroamerikalıların polis tərəfindən güllələnməsi barədə məlumatlanmanı artırmaq istəyən "Qaradərililərin Həyatları Əhəmiyyətlidir" fəalları tərəfindən məşhurlaşdırılmışdır. Qaradərililər Twitter-də vok ifadəsini istifadə etdikdən sonra, "vok" termini mütərəqqi məqsədlərə dəstəklərini bildirmək üçün ağdərili insanlar tərəfindən də getdikcə daha çox qəbul edilmişdir. Bu termin Y nəsli və Z nəslinin üzvləri arasında məşhurlaşmışdır. İstifadəsi ABŞ-dan kənara yayıldıqdan sonra, "vok" 2017-ci ildə Oksford İngilis dili lüğətinə əlavə edilmişdir.

2019-cu ilə qədər bu termin siyasi sağçılar və bəzi mərkəzçilər tərəfindən solçu və mütərəqqi hərəkatları səthi və qeyri-səmimi nümayiş aktivizmi kimi aşağı səviyyədə görmək üçün istehza ilə geniş şəkildə istifadə olunurdu. "Vok-voşinq" və "vok kapitalizm" terminləri sonradan maliyyə qazancı üçün siyasi cəhətdən mütərəqqi mesajlardan istifadə edən müəssisələri və brendləri tənqid etmək üçün ortaya çıxmışdır. 2020-ci illərin ortalarında bir sıra siyasi şərhçilər "sağ vok"un meydana çıxdığını elan etmişdir. Buradakı sağ vok sağçı baxışların bəzi tərəfdarlarını ifadə edir, bu qrup mühafizəkar inancları həyata keçirmək üçün ləğv mədəniyyətindən və solçu fəalların üsullarından istifadə edirlər.

İstinadlar

Kateqoriya:İrq mübahisələri Kateqoriya:Siyasi mübahisələr Kateqoriya:Linqvistik mübahisələr Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:2010-cu illərdə tendensiyalar və trendlər Kateqoriya:1930-cu illərdə yaranmış sözlər Kateqoriya:Sosial problemlər