thumb|sağ|İtaliyada keçirilən yerli seçkilərdə iştirak edən partiyaların siyahısı.
Siyasi partiya sistemi — demokratiyanın tərkib hissəsidir. Xalq daxilindən doğan və xalq tərəfindən dəstəklənən ictimai hərəkatların siyasi fəaliyyət göstərməsinə verilən addır. Siyasi partiya sistemi bir ölkədə siyasi partiyaların mövcudluğunu və ölkənin seçkilər yolu ilə idarə olunmasını şərtləndirir.
Partiya sistemlərinin təsnifatında geniş qəbul olunmuş meyar adətən partiyaların sayıdır. Buna görə də sistemlər birpartiyalı, ikipartiyalı və çoxpartiyalı sistemlərə bölünür. Lakin bu klassik bölgünün təkbaşına kifayət etmədiyi barədə mülahizələr də mövcuddur. Siyasi partiya sistemləri demokratiyanın olduğu hər bir ölkədə tətbiq edilir.
Alt sistemlər BİRPARTİYALI(Rəqabətsiz) ÇOXPARTİYALI (Rəqabətli) İKİPARTİYALI ÜÇPARTİYALI ÇOXSAYLI PARTİYA BLOKLU - İnhisarçı- Müvəqqəti- Hakim (*) - Tam- Dəstəkli - Tarazlı- Dəyişkən - Mülayim- Kəskin- Hegemon (**) Çox sayda partiya iki böyük blokda cəmləşir.
(*) Hakim və (**) Hegemon sistemlər müxtəlif mənbələrdə yerləri dəyişdirilmiş şəkildə təsnif edilə bilər. Çünki burada formaya görə bölgü ilə mahiyyətə görə bölgü arasında seçim üstünlüyü mövcuddur.
Sosial, iqtisadi, siyasi və mədəni amillərdən asılı olaraq partiyaların sayı, gücü, hakimiyyət müddəti, üzv sayı və aralarındakı münasibətlər ölkədən ölkəyə dəyişir. Buna görə də hər bir ölkənin özünəməxsus partiya sistemi formalaşır.
Birpartiyalı sistem
Rəqabətsiz sistemlərdir. Partiyalar arasında rəqabət və hakimiyyətin seçkilər yolu ilə əl dəyişdirməsi mümkün deyil, çünki hakimiyyət daimi olaraq tək bir partiyanın əlində cəmləşmişdir. Hüquqi vəziyyətinə görə üç növə ayrılır:
Həqiqi birpartiyalı sistemlər: Hüquqi və faktiki olaraq yalnız bir partiya mövcuddur. Digər partiyaların yaradılması qəti qadağandır. Bu, müvəqqəti deyil, daimi bir tətbiq kimi nəzərdə tutulur. Tam mənada inhisarçı sistemdir. Avtoritar tək partiyalar: Adətən milli vəhdəti təmin etmək və iqtisadi inkişafı sürətləndirmək məqsədi daşıyır; ideoloji yönü çox kəskin deyil. Totalitar tək partiyalar: Əhatəli bir ideologiyaya söykənir və ictimai həyatın bütün sahələrini tam nəzarətdə saxlayır. Məsələn, faşist və ya kommunist partiyalar. Hegemon birpartiyalı sistemlər: Görünüşdə birdən çox partiya olsa da, bu, formal xarakter daşıyır. Çünki bərabər şərtlər daxilində hakimiyyət yarışı yoxdur. Digər partiyalar "peyk partiyalar" adlanır və əsas partiyanın rəqibi deyil, dəstəkçisidir. Məsələn, Çin Kommunist Partiyası ilə yanaşı digər kiçik partiyaların mövcudluğu. Müvəqqəti birpartiyalı sistemlər: Məqsəd müəyyən bir keçid dövründən sonra çoxpartiyalı sistemə keçməkdir. Türkiyə Respublikasının ilk illərindəki təkpartiyalı dövr buna ən bariz nümunədir.
İkipartiyalı sistem
Bu sistem bir ölkədə yalnız iki partiyanın olmasını deyil, mövcud partiyalar arasında iki böyük partiyanın siyasi həyata hakim olmasını ifadə edir. Digər partiyaların hakimiyyətə gəlmə ehtimalı çox aşağıdır. İki növü var:
Xalis (saf) ikipartiyalı sistem: İki böyük partiyadan biri parlamentdə mütləq çoxluğu qazanaraq təkbaşına hökumət qurur. Seçici üçün seçim iki əsas istiqamət arasındadır. Ən tipik nümunəsi ABŞ-dır (Demokratlar və Respublikaçılar). Böyük Britaniyada da (Mühafizəkarlar və Leyboristlər) ənənəvi olaraq bu sistem üstünlük təşkil etmişdir. Dəstəkli ikipartiyalı sistem: İki böyük partiyanın yanında üçüncü bir kiçik partiyanın hökumətin yaradılmasında həlledici rol oynadığı sistemdir. Buna "İki-yarımlıq sistemi" də deyilir. Məsələn, Almaniyada Azad Demokratlar uzun illər bu rolu icra etmişlər. Səslərin və parlament yerlərinin yalnız kiçik bir hissəsini almasına baxmayaraq, Azad Demokrat Partiyası ( — Abr: FDP) 1945-ci ildən bəri 53 il hökumətdə qalmağı bacarmış və həmişə iki dominant partiyadan biri ilə koalisiyalar yaratmışdır. Başqa sözlə, əsas partiyalar hakimiyyəti itirərkən FDP həmişə hökumətdə qalmışdır. Lakin, 2013-cü ildə ilk dəfə olaraq FDP parlamentdən kənarda qalmışdır.
Çoxpartiyalı sistem
İkidən çox partiyanın siyasi həyatda təsirli olması, lakin onlardan heç birinin hakimiyyəti təkbaşına və daimi idarə edə bilməməsidir.
Mülayim çoxpartiyalı sistem: Partiyalar arasındakı ideoloji fərqlər dərin deyil və rejimə qarşı radikal müxalifət yoxdur. Niderland, İsveç kimi ölkələr buna nümunədir. Kəskin çoxpartiyalı sistem: Partiyalar arasında kəskin ideoloji ziddiyyətlər mövcuddur və tez-tez hökumət böhranları yaşanır. Hakim (dominant) partiya sistemi: Çoxpartiyalı və rəqabətli mühit olmasına baxmayaraq, seçicilərin böyük əksəriyyəti uzun müddət eyni bir partiyaya səs verir. Digər partiyalar azad fəaliyyət göstərir, lakin hakim partiyanı üstələyə bilmirlər. Məsələn, bir dövr Hindistan Milli Konqresinin Hindistandakı mövqeyi.
Həmçinin bax
Birpartiyalı sistem İkipartiyalı sistem Çoxpartiyalı sistem Dominant partiyalı sistem
İstinadlar
Biblioqrafiya
Mary Parker Follett. The new state: Group organization the solution of popular government. Longmans, Green and Co., 1918 Gagnon, Alain, and Brian Tanguay, eds. Canadian parties in transition : recent trends and new paths for research (4th ed. 2017) online John Ishiyama. "Electoral Systems, Ethnic Fragmentation, and Party System Volatility in Sub-Saharan African Countries", Northeast African Studies, Volume 10, Number 2, 2003 (New Series), pp. 203–220 Lewis, Paul G. and Paul Webb, eds. Pan-European Perspectives on Party Politics (2003) online Seymour Martin Lipset and Stein Rokkan, eds. Party Systems And Voter Alignments (1967) online Karvonen, Lauri, and Stein Kuhnle, eds. Party Systems and Voter Alignments Revisited (2000) updates on Lipset and Rokkan (1967) excerpt and text search Mainwaring, Scott, and Timothy R. Scully. Building Democratic Institutions: Party Systems in Latin America (1996) Mair, Peter, ed. The West European Party System (Oxford University Press, 1990) online excerpt pp. 302–310 Mair, Peter. The Changing Irish Party System: Organisation, Ideology and Electoral Competition (London, 1987). Meleshevich, Andrey A. Party Systems in Post-Soviet Countries: A Comparative Study of Political Institutionalization in the Baltic States, Russia, and Ukraine (2007) Sartori, Giovanni . Parties and Party Systems: A framework for analysis (1976; reprint in 2005)
Tan, Alexander C. Emerging Party Systems (2005) Tan, Paige Johnson. "Indonesia Seven Years after Soeharto: Party System Institutionalization in a New Democracy", Contemporary Southeast Asia: A Journal of International and Strategic Affairs, Volume 28, Number 1, April 2006, pp. 88–114 Walch, James. Faction and Front: Party Systems in South India (1976) Ware, Alan. Political Parties and Party Systems (1995), covers France, Germany, Britain, Japan and U.S.
İtaliya
Pridham, Geoffrey. The Nature of the Italian Party System (St. Martin's Press, 1981)
ABŞ
Bartley, Numan V. "Voters and Party Systems: A Review of the Recent Literature", The History Teacher, Vol. 8, No. 3 (May, 1975), pp. 452–469. Beck, Paul Allen. "Micropolitics in Macro Perspective: The Political History of Walter Dean Burnham." Social Science History 1986 10(3): 221–245. Brady, David, and Joseph Stewart, Jr. "Congressional Party Realignment and Transformations of Public Policy in Three Realignment Eras", American Journal of Political Science, Vol. 26, No. 2 (May, 1982), pp. 333–360 Looks at links among cross-cutting issues, electoral realignments, the U.S. House and public policy changes during the Civil War, 1890s and New Deal realignments. In each case the policy changes are voted through by a partisan "new" majority party. The Civil War and 1890s realignments were more polarized than was the New Deal realignment, and the extent of party structuring of issue dimensions was greater. Burnham, Walter Dean. "Periodization Schemes and 'Party Systems': The 'System of 1896' as a Case in Point" Social Science History, Vol. 10, No. 3, 263–314. Campbell, James E. "Party Systems and Realignments in the United States, 1868–2004", Social Science History Fall 2006, Vol. 30 Issue 3, pp. 359–386 Chambers, William Nisbet, and Walter Dean Burnham, eds. The American Party Systems. Stages of Political Development, (1967) Chambers, William Nisbet. Political Parties in a New Nation: The American Experience, 1776–1809 (1963) Hofstadter, Richard. The Idea of a Party System: The Rise of Legitimate Opposition in the United States, 1780–1840 (1970) James, Scott C. Presidents, Parties, and the State: A Party System Perspective on Democratic Regulatory Choice, 1884–1936 (2000) Jensen, Richard. "American Election Analysis: A Case History of Methodological Innovation and Diffusion", in S. M. Lipset, ed, Politics and the Social Sciences (Oxford University Press, 1969), 226–243. Jensen, Richard. "History and the Political Scientist", in S. M. Lipset, ed, Politics and the Social Sciences (Oxford University Press, 1969), 1–28. Jensen, Richard. "Historiography of Political History", in Jack Greene ed., Encyclopedia of American Political History (Scribners, 1984), 1:1–25. Jensen, Richard. "The Changing Shape of Burnham's Political Universe", Social Science History 10 (1986) 209–219 Renda, Lex. "Richard P. McCormick and the Second American Party System." Reviews in American History (1995) 23(2): 378–389. Sundquist, James L. Dynamics of the party system: Alignment and realignment of political parties in the United States (1983)
Xarici keçidlər
A detailed bibliography "Psephos," archive of recent electoral data from 182 countries
Kateqoriya:Müqayisəli siyasət Kateqoriya:Siyasi partiya sistemləri Kateqoriya:Siyasi partiyalar Kateqoriya:Seçkilər Kateqoriya:ABŞ-nin siyasi tarixi Kateqoriya:Politologiya Kateqoriya:Milli qanunvericilik orqanları