Lüksemburqlu Siqismund (; ) — Müqəddəs Roma imperatoru. 1368-ci ildə Nürnberq Azad İmperiya şəhərində dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru IV Karl, anası isə Polşa kralı III Kazimirin nəvəsi Pomeraniyalı Yelizavetadır. 1385-ci ildə Macarıstan kraliçası Anjulu Mariya ilə evləndi və ortaq monarx kimi taxta çıxdı. Xanımının 1395-ci ildə ölümündən sonra təkbaşına hakimiyyətdə qaldı. 1396-cı ildə Osmanlılar üzərinə tərtiblənən səlib yürüşünə rəhbərlik etsə də, Osmanlı sultanı İldırım Bəyazid tərəfindən Niqbolu döyüşündə məğılub edildi. 1433-cü ildə Müqəddəs Roma imperatoru seçildi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Çexiya kralları Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Macarıstan kralları Kateqoriya:Müqəddəs Roma imperiyasının imperatorları Kateqoriya:Şəxslər:Nürnberq Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri