Xalidə Nüsrət Zorlutuna (; ) — türk şair, yazıçı və müəllimi.
O, "Qadın yazıçıların anası" kimi tanınır. Cümhuriyyətin ilk illərindən etibarən Anadolunun bir çox yerində müəllimlik edib. Müəllimlik illərində şagirdləri ilə bağlı topladığı təcrübələrini "Mənim kiçik dostlarım" adlı kitabında əsk etdirib. Heca vəznində yazdığı epik-vətənpərvər şeirləri və xalqın danışdığı sadə türkcə ilə qələmə alınmış romanları vardır. O, roman yazarı Əminə İşınsunun anası, yazıçı İsmət Kürün bacısı və yazıçı Pınar Kürün xalasıdır. Həyatı Xalidə Nüsrət Zorlutuna 1901-ci ildə İstanbulda anadan olub. Atası Ərzurumlu Zorluoğulları ailəsindən olan jurnalist Mehmed Səlim (sonrakı adı ilə Avnullah Kazımi bəy), anası isə Ayşə Nazlı xanım olub. Jurnalist Süleyman Tefik Özzorluoğlu isə onun əmisidir. Xalidə Nusrətin atası Avnullah Kazımi bəy 1908-ci ildə "Fədakaranı Millət Cəmiyyəti" adlı siyasi partiya qurub müxalifətə başladığı üçün İttihad və Tərəqqi Partiyası rəhbərliyi tərəfindən illərlə sürgün və zindan həyatına məcbur edilmiş, bu səbəbdən Xalidə Nusrət uşaqlığında atasını çox az görə bilmişdi. O, anası, babası və dayısı ilə birlikdə yaşayıb. İlk təhsilini də anasından alıb.
Avnullah bəy bir müddət siyasətdən çəkilməyi qəbul edib Kərkükdə mütəsərrif kimi çalışdıq da, ailəlikcə Kərkükə gediblər. Xalidə Nusrət bu dövrdə xüsusi müəllimlərdən dərslər alaraq ərəb və fars dilləri üzrə biliklərini təkmilləşdirib. Qardaşı İsmət bir neçə ay Bağdadda qonaq olduqları vaxt dünyaya gəlib. Kərkükdəki uşaqlıq illərindən "Bir dövrün romanı" adlı xatirə kitabında bəhs edib.
Ailə Birinci Dünya müharibəsi illərində İstanbula qayıtdıqdan sonra Xalidə xanım Erənköy Qız Liseyində təhsilini davam etdirib. Bu məktəbdə orta təhsilini aldığı müddətdə atasını itirib. Atasının vəfatı münasibətilə qələmə aldığı "Ağlayan qəhqəhələr" adlı yazısı 1917-ci ildə "Tələbə dəftəri" adlı jurnalın müsabiqəsində birinci yerə layiq görülüb dərc edildikdə, o, ədəbiyyat dünyasına ilk addımını atdı.
Lisey təhsilini tamamladıqdan sonra bir müddət İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsində təhsil alıb. İqtisadi şəraitlə bağlı işləmək məcburiyyəti yarandıqda "Darülmüəllimat" imtahanlarından keçərək müəllim oldu. 1919-cu ildə İstanbulda "Özel Aşiyan İdadisi"ndə müəllimlik etməyə başlayan Xalidə Nüsrət qısa müddət Poçt-Teleqraf Məxfi Katibliyində çalışıb. 1921-ci ildə bir tərəfdən ingilis dili və ədəbiyyat dərsləri verdiyi halda, digər tərəfdən İstanbul Universitetinin Tarix bölməsində təhsilini davam etdirib və ingilis dilini öyrənib.
Müəllimlik fəaliyyəti Xalidə xanım 1924-cü ildə Ədirnə Müəllim məktəbində başladığı müəllimlik fəaliyyətini Kırklareli, Qars, Ərdahan, Urfa, Karaman, İstanbul və Ankara kimi ölkənin müxtəlif yerlərindəki liseylərdə davam etdirib.
Ədirnədə müəllimlik etdiyi dövrdə, 1926-cı ildə Dördüncü Süvari Alayının minbaşısı Əziz Vəcihi Zorlutuna ilə ailə həyatı qurub. 45 il ailəsi olan cütlüyün, 1930-cu ildə oğulları Ərgün, 1938-ci ildə isə qızları Əminə dünyaya gəlib.
Ədirnədəki üçillik müəllimlik fəaliyyətindən sonra İstanbul qız liseyinə təyin olunaraq yoldaşı ilə birlikdə İstanbula köçüb. Şükufə Nihal ilə dostluğunun təməlləri məhz bu vaxt qoyulub. Yeddi il İstanbulda müəllimlik etdikdən sonra, Qarsa təyin olunub. Qarsdakı vəzifəsindən sonra yoldaşının ardınca Karaman və Urfaya getmiş, dörd il Urfada müəllimlik etmişdir. 1948-ci ildən etibarən Ankarada müəllim kimi fəaliyyət göstərib. 1957-ci ildə Ankara Qız Texniki Müəllim məktəbində çalışarkən öz istəyi ilə təqaüdə çıxıb. Müəllimliklə bağlı xatirələrini "Mənim kiçik dostlarım" adlı kitabında qələmə alıb.
Ədəbi fəaliyyəti Xalidə Nüsrət, "Küllər" adlı ilk romanını hələ 19 yaşında ikən qələmə alıb. O, "Milli Məcmua", "Türk qadını", "Qadınlar dünyası", "Ayda bir", "Salon Məcmuası", "Çinar altı", "Çağrı", "Hilal", "Dəfnə", "Hisar", "Ayşə", "Törə", "Türk ədəbiyyatı" jurnallarında və "Vakit", "Zəfər", "Qüdrət", "Xəbər", "Yeni İstanbul", "Sabah", "Hürriyyət" qəzetlərində məqalələr dərc etdirib. 1923-cü ildə işıq üzü görən "Xanım məktubları" adlı əsəri ilə ədəbiyyat dünyasında böyük maraq oyadıb.
Şeir zövqünün anası Ayşə Nazlı xanım sayəsində formalaşdığını ifadə edən Xalidə xanım, şeir yazmağa hələ atəşkəs illərində başlayıb. Türkiyə İstiqlaliyyət müharibəsinin təsiri və həyəcanı ilə Milli Ədəbiyyat hərəkatına qoşulub. Milli duyğularla qələmə aldığı "Get Bahar" adlı şeiri onun tanınmasında böyük rol oynayıb. Milli ədəbiyyat cərəyanı çərçivəsində dəyərləndirilən şeirlərində heca vəzninə sadiq qalıb. Məşhur şair Yəhya Kamal, şeirlərini əzbərdən bildiyi nadir şairlərdən idi.
Xalidə Nüsrətin səhnələşdirilməmiş, lakin çap olunmuş pyesləri də mövcuddur. Onlardan bəziləri: "Xətirsaymaz qaymaqam", "Niqab və Qəfəs", "Küləkdəki yarpaq", "Günahkar kimdir?", "Əsl eşq", "Əli Ustanın nəvələri", "Gecəqondu gülləri"dir.
Sosial həyatı və fəaliyyəti Xalidə Nüsrət gənc yaşlarından etibarən sosial qurumlarda və xeyriyyə cəmiyyətlərində fəaliyyət göstərib. O, Qadınlar Xalq Partiyası, Türk ocaqları, Xalq evləri, Müəllimlər birliyi, Yardım sevərlər Dərnəyi, Soroptimistlər, Uşaq Hüquqlarını Müdafiə Cəmiyyəti və Uşaq Əsirgəmə Qurumunun idarə heyətlərində uzun illər xidmət göstərib. 1959-cu ildə Türk Anaları Dərnəyinin qurulmasına öncülük edib.
1975-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "qadın ili" elan edildikdə, "Qadının Sosial Həyatını İncələmə və Araşdırma Dərnəyi" tərəfindən təşkil edilən sərgi və toplantıda Xalidə Nüsrətə "Qadın yazıçıların anası" titulu verilib. 1976-cı ildə 75 yaşının tamam olması münasibətilə şərəfinə yubiley tədbiri keçirilib. Yaşadığı küçənin adı "Şairlər küçəsi" olaraq dəyişdirilib, 1983-cü ildə isə Mətbuat və Yayım Baş İdarəsi ilə Türk Mətbuat Birliyi tərəfindən ona "Mətbuat sahəsində 50 il Şərəfli xidmət” sənədi və lövhəsi təqdim edilib.
Ölümü Xalidə Nüsrət Zorlutuna 10 iyun 1984-cü ildə İstanbulda vəfat edib. Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.
Xalidə Nüsrət Zorlutunanın şəxsi arxivi isə Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondunda mühafizə olunur. Əsərləri Şeir kitabları 1930: Gecədən daşan dərdlər 1943: Yayla türküsü 1950: Yurdumun dörd bucağı 1967: Əllərim bomboş xxxx: Get bahar xxxx: Sevmək Romanları xxxx: Bəyaz Səlvi (bioqrafiq roman) 1921: Küllər 1922: Dumanlı gecəler 1933: Gülün atası kim 1966: Eşq və Zəfər 1971: Nənə 1974: Aydınlıq qapı Memuarları 1948: Mənim kiçikdostlarım 1978: Bir dövrün romanı Məktublar 1923: Xanım məktubları İstinadlar
Xarici keçidlər 'Türk Edebiyatı İsimler Sözlüğü' sayfası