Vladimir Abdualievich Vasilyev (rusça: Владимир Абдуалиевич, doğum vaxtı adı qazaxca: Владимир Әбдуәліұлы Асанбаев) 11 avqust 1949-cu il) Rusiya Dövlət Dumasında Vahid Rusiya partiyasının parlament lideri, 2017 -2020-ci illərdə Dağıstan Respublikasının rəhbəri, hüquq elmələri namizədi, polis general polkovniki.

Həyatı V.Vasilyevin atası qazax, anası rus əsillidir. O, IV, V, VI və VII çağırış Rusiya Dövlət Dumasının deputatı və VI və VII çağırış Dövlət Dumasının sədr müavini "Vahid Rusiya" fraksiyasının rəhbəri, Dumanın təhlükəsizlik komitəsinin sədri (2004-2011) və Təhlükəsizlik Şurası katibinin müavini (1999-2001) olub.

V.Vasilyev 3 oktyabr 2017-ci ildə Ramazan Abdulatipovun istefasından sonra Dağıstan Respublikasının müvəqqəti rəhbəri kimi fəaliyyətə başlayıb.

9 sentyabr 2018-ci ildə V.Vasilyevin Dağıstan Respublikasının rəsmi rəhbəri kimi təsdiqlənib.

5 oktyabr 2020-ci ildə Vasilyev səhhəti ilə bağlı Dağıstan Respublikasının rəhbəri vəzifəsindən istefa verib.https://pledgetimes.com/putin-appointed-melikov-acting-head-of-dagestan/

19 sentyabr 2021-ci ildə Vasilyev təkrarən Dövlət Dumasına seçilib.

7 oktyabr 2021-ci ildə bi daha Vahid Rusiyanın parlament lideri seçilib.

Dağıstan rəhbəri kimi fəaliyyəti Vasilyevin hakimiyyəti dövründə 2018-ci ilin yanvar ayında Dağıstanda korrupsiyaya qarşı mübarizə kampaniyası başladılıb, Mahaçqala meri Musa Musayev, Baş nazir vəzifəsini icra edən Əbdüsəməd Həmidov, Baş nazirin müavinləri Şamil İsayev və Rayudin Yusufov, Mahaçqalanın baş memarı Maqomedrəsul Gitinov, keçmiş səhiyyə naziri Tanka İbrahimov, keçmiş təhsil naziri Şahabas Şahov, Respublika İcbari Tibbi Sığorta Fondunun direktoru Maqomed Süleymanov və Respublikanın keçmiş rəhbərinin qardaşı Rəcəb Abdulatipov həbs olunub. Onlar torpaq fırıldaqçılığı, rüşvətxorluq və mütəşəkkil cinayətkarlıqda iştirakda ittiham olunurdular.

Həbs olunan digər vəzifəli şəxslərdın Kazbek rayonunun keçmiş rəhbəri Abdula Makaçev, Qarabudağkəndin keçmiş administrasiya rəhbəri İmav Zayniyov, Qarabudağkənd rayonunun keçmiş rəhbəri Abiley İlyasov, Dagestanskiye Oqni şəhərinin Təhsil şöbə müdiri Maksim Əlixanov, Dağıstan “İnfrastruktur Qurğularının İdarə Edilməsi" Şirkətinin direktoru Hüseyn Zulpikarov və 1 №-li Mahaçqala Klinik Xəstəxanasının keçmiş baş həkimi Məcid Əliyev olub.

2018-ci ilin iyul ayında Vladimir Vasilyevin təşəbbüsü və "Rusiya — Fürsətlər Diyarı" müstəqil qeyri-kommersiya təşkilatının dəstəyi ilə "Mənim Dağıstanım" adlı işəqəbul müsabiqəsi keçirilib. Proqramın məqsədi bacarıqlı və iddialı mütəxəssisləri cəlb etməklə bölgənin istedad potensialını qaldırmaq olub.

2019-cu ilə qədər Dağıstan Rusiyanın nisbətən aşağı əmək haqqı verən bölgələri arasında olmaqla, sakinlərinin təxminən 1/3 hissəsi ayda 15.000 rubldan az qazanıraq, orta əmək haqqı 19.100 rubl olub. İşçilərin əksəriyyəti ayda 11.000 ilə 28.000 rubl arasında maaş alıb.

Sanksiyalar Rusiyanın Ukraynaya müdaxiləsindəki roluna görə V.Vasilyev 2022-ci ilin fevral ayında Ukrayna hökuməti, Avropa Birliyi, Avstraliya və G7 tərəfindən ABŞ Dövlət Departamenti, Kanada hökuməti, Böyük Britaniya Daxili İşlər Nazirliyi və Yaponiya tərəfindən sanksiyalara məruz qalıb.

Mükafatlar

III və IV dərəcəli "Vətənə xidmətə görə" ordeni Aleksandr Nevski ordeni Cəsarət ordeni Şərəf ordeni "İctimai asayişin qorunmasında fərqlənməyə görə" medalı Stolıpin medalı Медаль «За боевое содружество» (МВД) Медаль «200 лет МВД России» Медаль «200 лет Министерству обороны» "Qüsursuz xidmətə görə" medalı "Krımın qaytarılmasına görə" medalı Rusiyanın əməkdar hüquqşünası Şərəfli silah Rusiya Federasiyası Prezidentinin Fəxri Sertifikatı Moskvanın Müqəddəs Şahzadəsi Daniel ordeni

İstinadlar

Kateqoriya:Rusiya Federasiyasının əməkdar hüquqşünasları Kateqoriya:"Cəsarət" ordeni ilə təltif olunanlar Kateqoriya:Moskva Dövlət Hüquq Universitetinin məzunları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VIII çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış deputatları Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri Kateqoriya:Vahid Rusiya Partiyasının üzvləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1949-cu ildə doğulanlar