Spagetti puttaneska – XX əsrin ortalarında İtaliyanın Neapol şəhərində ixtira olunmuş makaron yeməyi. Pomidor, kəvər, zeytun, ançous, sarımsaq, peperonçino və zeytun yağı ilə hazırlanır.

Etimologiya İtalyan dilində "puttana" sözü "fahişə" deməkdir və "puttaneska" həmin sözdən yaranmış sifətdir. Güman olunur ki, yemək ilk dəfə Neapol şəhərinin Quartieri Spanyoli məhələsində yerləşən fahişəxanalarda müştərilərə servis olunan yemək kimi ortaya çıxmışdır. Qida tarixçisi Ceremi Parzen isə iddia edir ki, italyanlar "puttana" sözündən "zibil" mənasında olan söyüş kimi istifadə edirlər və kimsə "şkafdakı bir yığın zibili götürüb tavaya atdım" kimi bir cümlə qurduğu üçün yemək bu cür adlanmışdır.

Tarixi Müasir puttaneskaya oxşar makaron souslarının reseptlərinə XIX əsrə aid italyan kulinariya kitablarında rast gəlinir. Ən köhnəsi 1844-cü ilə aiddir: İppoliyo Kavalkanti "Nəzəri-praktiki mətbəx" əsərində Neapol mətbəxinə aid resept daxil etmiş və onu "zeytun, kəvər və ançous souslu yağlı vermişel" adlandırmışdır. Bir neçə Neapol kulinariya kitabında yer aldıqdan sonra 1931-ci ildə "Touring Club Italiano" "İtaliyanın qastronomik bələdçisi" kitabı yeməyi Kampaniyanın qastronomik təamlarından biri göstərmiş, yeməyi "marinara souslu makaron" adlandırmışdır.

Yemək hazırkı adı ilə ilk dəfə 1960-cı illərdə qastronomik ədəbiyyatda yer almağa başlamışdır. "Spagetti puttaneska" adına ilk dəfə Rafaele La Kaprianın "Ölümcül yara" (1961) əsərində rast gəlinir. Romanda yemək Sirakuzda hazırlanan makaron kimi təsvir olunur.The dictionary entry is cited in Jeremy Parzen, ‘The origins of Sugo alla puttanesca?’ , Do Bianchi, 13 January 2008, an article which supplied a number of the sources used here. İtalyan Makaron İstehsalçılarının Peşəkar İttifaqına görə sous 1960-cı illərdə populyar olmuşdur.'Sughi d'Italia: 1000 anni di pasta, 1000 anni di condimenti' , Unione Industriali Pastai Italiani.

İtaliyanın ən məşhur kulinariya kitablarından biri olan "Gümüş qaşıq" kitabın 1971-ci il buraxılışında bu adda yeməyə rast gəlinmir, lakin iki oxşar resept var: Neapola aid olan spagetti alla partenopea ançous və qaraqınıq ilə, spagetti alla siçiliana isə yaşıl bibərin əlavə olunması ilə hazırlanır.Il nuovissimo cucchiaio d'argento, ed. by Antonia Monti Tedeschi, 6th ed. (Editoriale Domus, 1971), pp. 220–221. Dom Deluizin 1988-ci ildə nəşr olunmuş "Bunu yeyin… Sizi daha yaxşı hiss etdirəcək!" kulinariya kitabında "puttaneska sousu" adlı resept təklif edir. O, bu reseptlə 1964-cü ildə "Əyləndirənlər" filmin çəkilişi zamanı Katerina Valente sayəsində tanış olduğunu bildirmişdir. O, reseptində zeytun, kəvər və qırmızı bibərin adını çəkir, lakin ançous və ya qaraqınıqdan bəhs etmir.

İskya və Proçida adalarında fəaliyyət göstərən "Il Golfo" qəzetində 2005-ci ildə yayımlanmış məqalə Annarita Kuomo iddia etmişdir ki, suqo alla puttaneska 1950-ci illərdə "'O Rangio Fellone" restoranının sahiblərindən biri olan Sandro Petti tərəfindən ixtira olunub.Annarita Cuomo (17 February 2005). 'Il sugo "alla puttanesca" nacque per caso ad Ischia, dall'estro culinario di Sandro Petti'. Il Golfo. Archived from the original on 13 August 2014.

Hazırlanması Sousun özü suqo alla puttaneska adlanır. Müxtəlif reseptlər mövcuddur. Məsələn, Latsio bölgəsində populyar olan versiyadan fərqli olaraq Neapol versiyasında ançous yoxdur. Bəzən yeməyə ədviyyatlar əlavə olunur. Lakin əsasən duzlu və sarımsaqlı olur. Sous ənənəvi olaraq spagetti ilə servis olunur, lakin bəzən penne, bukatini, linguine və vermişel ilə də yeyilir.

Sarımsaq və ançous zeytun yağında qovrulur. Daha sonra doğranmış acı bibər, zeytun, kəvər, pomidor və qaraqınıq əlavə olunur, zövqə görə duz və qara istiot vurulur. Daha sonra aşpaz bu qarışığı bişirərək al dente bişmiş spagetti ilə qarışdırır. Üzərisinə cəfəri əlavə olunur.

İstinadlar

Kateqoriya:Neapol mətbəxi Kateqoriya:Spagetti Kateqoriya:Zeytun xörəkləri