Korcabulaq — Azərbaycan Respublikasının Laçın rayonunun Qarabəyli kənd inzibati ərazi dairəsində kənd.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi Laçın rayonunun Qarabəyli inzibati ərazi vahidində yerləşən kənd dağlıq ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ikinci yarısında Korcabulaq adlı bulağın yanında salınmışdır. Kənd həmin bulağın adı ilə adlandırılmışdır. Bulaq quraqlıq olanda quruyur, yağmurlu vaxtlarda isə gözü açılır. Ona görə də gözü tez-tez tutulan, yəni susuz qalan belə bulaqlara xalq arasında korbulaq və ya korcabulaq deyilir

Əhalisi 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 300 nəfər olmuşdur.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Kateqoriya:Laçın rayonunun kəndləri