Taqan Berdiyeviç Berdiyev (; ) — Türkmənistan alimi və dövlət xadimi, Türkmənistan SSR Elmlər Akademiyasının akademiki.
Həyatı Taqan Berdiyeviç Berdiyev 15 iyun 1911-ci il tarixində Zakaspi vilayətinin Krasnovodsk qəzasının Dayna kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. O, 1925-ci ildə Bahardən rayonunda sovet məktəbini bitirdikdən sonra 1929-cu ilə qədər pedaqoji texnikumda təhsilini davam etdirmişdir. 1940-cı ildə Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasının üzvü seçilmişdir.
Karyerası Karyerasına 1929–1931-ci illərdə Qara-Qala rayonunda orta məktəbdə rus və türkmən dili müəllimi kimi başlayan Berdiyev 1931-ci ildə Darğan-Ata rayonunda basmaçılığa qarşı mübarizə dəstəsində döyüşçü kimi iştirak etmişdir. 1931–1933-cü illərdə Aşqabad Pedaqoji İnstitutunda ali təhsil aldıqdan sonra Marı və Aşqabad şəhərlərində müxtəlif pedaqoji müəssisələrdə rəhbər vəzifələrdə çalışmışdır. 1937–1938-ci illərdə Moskvada xüsusi kurslarda təhsilini təkmilləşdirdikdən sonra Türkmənistan SSR xalq maarif komissarının müavini, 1940–1947-ci illərdə isə xalq maarif komissarı vəzifələrini icra etmişdir.
Dövlət fəaliyyətini 1947–1951-ci illərdə Türkmənistan SSR Nazirlər Soveti sədrinin müavini kimi davam etdirən Berdiyev 1947-ci ildən 1955-ci ilə qədər həm də respublikanın xarici işlər naziri olmuşdur. Elmi fəaliyyət sahəsində 1951–1956-cı illərdə Türkmənistan SSR Elmlər Akademiyasının prezidenti seçilmiş, sonrakı illərdə isə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin professoru və Elmlər Akademiyasının müxtəlif bölmələrinin rəhbəri kimi çalışmışdır. 1965–1973-cü illər ərzində, səhhəti ilə əlaqədar verdiyi fasilə istisna olmaqla, Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsini tutmuşdur. Pedaqoji elmlər doktoru və professor elmi adlarını daşıyan Taqan Berdiyev həmçinin, SSRİ Ali Sovetinin 2-ci çağırış deputatı seçilmişdir. O, 12 dekabr 1985-ci il tarixində vəfat etmişdir.
Mükafatları "Lenin" Ordeni "Qırmızı Əmək Bayrağı" Ordeni (12.06.1981) iki Şərəf Nişanı ordeni
Əsərləri Очерки по истории школы Туркменской ССР / Акад. наук Туркм. ССР. — Ашхабад: Изд-во Акад. наук Туркм. ССР, 1960. — 148 с.
İstinadlar
Xarici keçidlər Некролог Бердыев Бердыев Т. Б. Очерки по истории школы Туркменской ССР / Акад. наук Туркм. ССР. — Ашхабад: Изд-во Акад. наук Туркм. ССР, 1960. — 148 с. Аннанепесов М. Служение народу: К 70-летию акад. АН ТССР Т. Б. Бердыева // Туркм. искра. — 1981. — 14 июня. Хыдыров Т. Таган Бердыевич Бердыев. (К 70- летию со дня рождения) // Изв. АН ТССР. Сер. обществ. наук. — 1981. — № 3. — С. 92—94. Таган Бердыевич Бердыев / Авт. вступит. ст. и отв. ред. А. Язбердиев; Библиогр. сост. А. Я. Степановым. — Ашхабад: Ылым, 1981. — 51 с. Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları