Vera Aleksandrovna Traxtenberq (; ) — Rusiyalı incəsənət tarixçisi və kuratoru, feminist. O, Pop/off/art müasir incəsənət qalereyasının keçmiş direktoru olub.
Həyatı Vera Traxtenberq 13 avqust 1986-cı ildə Moskva şəhərində anadan olub. O, Moskvada 1265 saylı məktəbi bitirib. 2010-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Sənət tarixi şöbəsini bitirib. Sənət tarixi magistri olub, "Karl-Lüdviq Kristinekin portret rəngkarlığı" mövzusunda dissertasiya müdafiə edib.
Traxtenberq 2011–2015-ci illərdə "Muzeon" İncəsənət Parkında fondların baş mühafizi vəzifəsində çalışıb. Vera Muxinanın "Sülh tələb edirik!" heykəlinin bərpasını təşəbbüs edib. Dzerjinskinin abidəsinin postamentindəki tarixi qrafitilərin qorunub saxlanılması üzərində işləyib. "Sergey Merkurovun arxivi" (2014), "Gözəl dövrün fantom yaddaşı" (2013), "Muzeon: Ehtiyat fondlar", "Köhnə postamentə yeni monument" (Sankt-Peterburq Dövlət Şəhər Heykəltəraşlığı Muzeyi ilə birlikdə, 2012), "Muzeon — Moskva", "Vera Muxinaya ithaf" kimi bir sıra sərgilərin kuratoru olub.
Vera Traxtenberq 2015–2016-cı illərdə rezonans doğuran sərgi layihələrinə: "Görmədiyimiz heykəllər" ("Maneş" mərkəzi sərgi zalı, avqust 2015), "Fəhlə və kolxozçu qadın. Şəxsi iş" (Andrey Parşikov ilə birlikdə, "Fəhlə və kolxozçu qadın" muzey-sərgi mərkəzi, dekabr 2015 — fevral 2016) rəhbərlik edib. "Fəhlə və kolxozçu qadın" mərkəzində 2016-cı ildə açılmış yeni daimi ekspozisiyanın yaradılması üzərində çalışıb. Traxtenberq "Vinzavod" Müasir İncəsənət Mərkəzinin "START" gənc incəsənətə dəstək layihəsinin kuratoru olub.
2016-cı ildən Vera Traxtenberq Britaniya Ali Dizayn Məktəbində "Yeni bədii strategiyalar" kursunu tədris edib. HSE (Ali İqtisadiyyat Məktəbi) Dizayn Məktəbinin müəllimidir. 2021-ci ildə Perspektiv Tədqiqatlar Məktəbində (Tümen), 2022-ci ildən 2023-cü ilə qədər isə Baltik Federal Universitetində dəvət olunmuş professor kimi fəaliyyət göstərib. "Cultural Creative Agency"nin kuratorudur.
"AroundArt", "Colta.ru", "The Art Newspaper" nəşrlərinin müəllifi və köşə yazarı olub. İctimai baxışlarına görə qadın hüquqlarını müdafiə edir. Vera Traxtenberq aktiv feministdir.
İstinadlar
Xarici keçidlər Официальный сайт Новый директор галереи pop/off/art Вера Трахтенберг на сайте EastEast Вера Трахтенберг на сайте проекта СТАРТ Трахтенберг Вера // Сеть архивов российского искусства Интервью с куратором выставки «Скульптуры, которых мы не видим» в Манеже Верой Трахтенберг Вера Трахтенберг — куратор проекта СТАРТ сезона 2017/2018 Действующие лица «Гости»: куратор нового сезона проекта «Старт» Вера Трахтенберг и менеджер проекта Дарья Ярцева Феминистки — о выставке Артемизии Джентилески
Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər