Əbüş-Şiys əl-Xuzai () və ya tam adı ilə Əbu Cəfər Məhəmməd ibn Abdulla əl-Xuzai () — VIII əsrin sonu — IX əsrin əvvəllərində yaşamış mənşəcə ərəb olan İraq şairi. O, məşhur şiə şairi Deybel əl-Xuzainin əmisi oğludur.

Həyatı

Əbüş-Şiys əl-Xuzai dövrünün məşhur şairləri Əbu Nüvas, Əşcə əs-Süləmi və Müslüm ibn Vəlidlə yaxın dostluq münasibətlərində olmuşdur. Şairlik fəaliyyətinin ilk dövrlərində Rəqqə əmirini mədh etmiş və ondan böyük mükafatlar almışdır. Daha sonra Abbasi xəlifəsi Harun ər-Rəşidin sarayına dəvət olunmuş və xəlifəyə həsr etdiyi mədhiyyələrlə tanınmışdır.

Ömrünün son illərində hər iki gözünün nurunu itirərək kor olmuşdur. Tarixi mənbələrdə onun Uqbə ibn Cəfərin qulamı (gənc qulu) tərəfindən qətlə yetirildiyi qeyd olunur.

Həmçinin bax

Deybel əl-Xuzai Abdulla ibn Budeyl

İstinadlar

Kateqoriya:İraqlı şiə müsəlmanları Kateqoriya:VIII əsr ərəbdilli şairlər